İŞIQ KİMİ ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
72873 | 2016-11-01 15:08

O, şərəfli ömür yaşadı.

Səhər-səhər bu xəbəri eşitdim.Daha doğrusu, qəzetdəki nekroloq diqqətimi çəkdi. Gözlərimə inana bilmədim. Və biranlıq içimdən kədərli bir «ah» qopdu. Bu elə bir «ah»dı ki, onu mən söz ilə ifadəedə bilmərəm. Ona görə yox ki, söz tapmayacam. Xeyr! Kifayət qədər söz var. Eləbu məqamda deyim ki, sözün ən yaxşılarından birini millət vəkili, yazıçı Aqil Abbasona həsr etdiyi povestində qələmə alıb, oxucuya çatdırıb. Özü də hardasa 40 il bundanöncə. Və mən də o povesti 80-ci illərdə oxumuşam. O vaxtdan yadımda qalıb. Hə, birdə Beyləqanda tez-tez onunla görüşürdüm. Həmin görüşlərin birində söz-sözü çəkdivə o ağ saçlı, dünya görmüş, yaşına görə öz gümrahlığını, şuxluğunu qoruyub saxlamışinsan mənə bircə kəlmə dedi:

- Aqil yaxşı oğlandı, yaxşıda qələmi var. Mənimlə görüşmədən haqqımda ocür sanballı bir əsər yazmışdı.Sonra da çox axtardım həmin o kitabla bağlı bir dəfə də olsun mənimlə görüşmədi…

Yazımın bu nöqtəsinə qədərbilgisayara nə diqtə etdimsə hamısı mənim qəzetdə gözümə sataşan nekroloqun ilktəsiri idi. Sonra yavaş-yavaş başladım hər şeyi gözümün qabağında canlandırmağa– bildiklərimi də, gördüklərimi də, eşitdiklərimi də. Öncə başlayıram bildiklərimdən.Mən Məhi Quliyevi Sovet dönəmində ilk dəfə Bərdə rayonunda görmüşəm, ziyarət etmişəm.Onda Sosialist Əməyi Qəhrəmanı, rəhmətlik RüstəmSəfərəliyev Bərdənin rayon Partiya Komitəsinin birinci katibi idi. Respublikanınən sayılan, ən dizibərk katiblərindən birinin çiyindaşı olmaq, onunla bir rayondaişləmək hər kişiyə nəsib olan iş deyildi. Məhi müəllimə bu,özünündediyi kimi,xoşbəxtlik nəsib olmuşdu. O da həmin dövrdə Bərdə rayonmilis, bugünkü polis idarəsinə rəhbərlik edirdi. Təsəvvür edin ki, rayonun, dahadoğrusu, respublikanın sayılan bir rəhbəri iləişləyən polis rəisinin özü də nə qədər nüfuzlu, nə qədər sayılan, seçiləninsan idi.

Bax, mən Bərdədə ilk dəfə gördüyüm Məhi müəllimin tərcümeyi-halını ordada öyrəndim. Bildim ki, əslən qarabağlıdır. Ammaəmək fəaliyyətinə yaşının çox gənc çağlarında başlayıb. Bunu mənə özü söyləmişdivə demişdi ki, cəmi 23 yaşım olanda mən o vaxtkı KQB-də fəaliyyətə cəlb olunmuşdum. Özü də təsəvvür edinki, söhbət 50-ci illərdən gedir. Məhi Quliyev özünü necə təsdiq etmişdisə, onu ölkəninbaşqa bir güc qurumunda fəaliyyətə yönəltmişdilər,etimad göstərmişdilər. Zamanında respublikanın ən böyük rayonlarında, hətta bir neçə rayonun birləşib vahid bir formada mövcudolduğu vaxtlarda Zaqatalanın, Yevlaxın, Bərdənin rəisi vəzifələrində çalışmış MəhiQuliyev özünün şəxsi nüfuzuyla, peşəkarlığıyla o dövrün milisini adamlara sevdirəbilmişdi. Mən şəxsən özüm dəfələrlə Yevlaxda, Zaqatalada, Balakəndə, Bərdədə, məclislərdə,lap elə yolüstü əyləşdiyim yeməkxanada, çayxanada söhbət əsnasında Məhi müəlliminadını çəkmişəm. Tanımadığım adamlar dərhal mənə yaxınlaşıb görüşüblər, məndən Məhimüəllimi soruşublar, ona salam göndəriblər. Və bu tanımadığım adamların Məhi müəlliməolan sevgisi məndə fəxr hissi ilə yanaşı, həm də maraq yaradıb. Həmin o tanımadığımadamlardan mən də elə özümü saxlamadan, necə deyərlər, ürəyim atlana-atlana soruşmuşam:

- Hardan tanıyırsınız Məhimüəllimi?

Təbəssümlə cavab veriblər:

- O ayrı bir kişidi! O bizimrayonda rəis işlədi – özü də kişi kimi işlədi! Kasıbın, əlsiz-ayaqsızın haqqını,hüququnu qorudu. Elin, obanın xeyirindən, şərindənqalmadı. Qapısını döyənin üzünə qapını özü açdı.


Bəli, mən beləcə qiyabitanımışdım Məhi müəllimi. Sonra həyat elə gətirdiki, Beyləqanda onunla əməlli-başlı dostlaşdıq. Bu dostluğumuzun səbəbkarı mərhumElman Ağayev idi. Məhi müəllimin dədediyi kimi Ağa kişinin oğlu onda Beyləqanda prokuror müavini vəzifəsində işləyirdi.Demək olar ki, hər gün işin sonunda bir yerə yığışırdıq. Nərd oynamaq, çay içməkvə bu əsnada da xatirələri çözələmək... Mən həmişə özümdən yaşlılardan söz, fikir, xatirə«oğurlamağa» çalışmışam. Bax, ailəmin ən əziz adamlarından olan Elman Ağayev dəmənə bu məsələdə həmişə yardımçı olmuşdu. Elə ki, Məhi müəllimlə zəngləşdilər, dərhalməni axtarardı. İlk sözü də bu olardı:

- Məhi sənə bir «Göygöl»gətirib. Gəl görək onun böyür-başını necə səliqəyə salırıq.

Yeri gləmişkən, elə burdacaəlavə edim ki, Məhi müəllimin Beyləqandakı evində özünə aid bir guşə var idi. İçkiyəo qədər də meylli olmayan Məhi müəllim ona hədiyyə olunmuş müxtəlif çeşidli şərablarıhəmin o guşədə saxlayardı. Bir neçə dəfə mənə ad günü hədiyyəsi olaraq 70-ci illərin«Göygöl» konyaklarını da bağışlamışdı. Tam səmimi deyirəm ki, həmin konyakdan biribu gün də mənim evimdə qalır. Ona söz vermişdim ki, biz o konyakı Füzuliyə qayıdandaiçərik. Amma nəsib olmadı…

Bunu elə-belə xatırladım,sözgəlişi. Sözgəlişi onu da demək istəyirəm ki, mən «Ədalət» qəzetində Məhi müəllimləbağlı bir neçə yazı da yazmışam. O yazılardan birini onun özündən icazə almadanElman müəllimlə razılaşıb yazmışdım. Məhi müəllimin 70 yaşına yazmışdım o yazını.Və bu yazının çapından sonra eşitdim ki,məni axtarıb. Getdik görüşdük. Beyləqanda şəhərin içərisindən axan su kanalınınüstündə onun həmişə oturub çay içdiyi bir yer var. Həmin çayxanada Elman müəllim, Məhi müəllim və mən üzbəüz oturduq:

- Yaxşı yazmısan, xoşumgəldi. Ən çox xoşuma gələn rəhmətlikRüstəm Səfərəliyevi vurğulamağın oldu. Amma istəsən, vaxtın olsa bir dəfə də söhbəteləyərik. Onda mən danışaram, sən yazarsan – dedim.

Beləcə münasibət bildirdiMəhi müəllim mənim yazıma. Və mən onda anladım ki, oturuşmuş adamlar, dünya görmüşkişilər sözə necə qiymət verirlər. Necə ən incə nöqtəni tutub ən həssas məqamı qabardırlar.

Hə, mən Məhi Quliyevlə Beyləqandayaranan o dostluğun fonunda onun bütün ailəsini tanıdım. Oğlanlarından, qızlarından,nəvələrindən xəbərdar oldum. Ömür-gün yoldaşının süzdüyü çayı içdim. Sonra Məhimüəllimin həyatındakı ən böyük sarsıntılarından biri olan xanımının vəfatının acısınıda birlikdə bölüşdük. Daha sonra Elman Ağayevi itirdik. Və sonra həyat elə gətirdiki, Məhi müəllim Beyləqandan Bakıya övladlarının yanına köçüb gəldi. Görüşlərimizbir az seyrəldi. Daha çox telefonla əlaqə saxladıq. Bir də el-obamızın məclislərindəgörüşdük.

Sonuncu dəfə onunla dostumƏnvərin övladının toyunda qucaqlaşıb bir-birimizə sarıldıq. Gözləmədiyim halda,daha doğrusu, həyatımda ilk dəfə gördüm ki, Məhi müəllim kövrəlib. Hörmət əlaməti olaraq məclis sahibi ağsaqqalımızasöz verdi. Elə kövrələ-kövrələ də danışdı.Sonra birlikdə foyeyə çıxdıq. Əlimdən tutub yanında oturtdu:

- Gəl bir-iki dəqiqə söhbətedək. Çoxdandı səndən xəbərim yoxdu.

Oturdum yanında. Təəssüfhissetdirəcəkbir səslə dedi:

- Hə, Əbülfət, ömür gedir.Yanımızdakılar yaman seyrəlirlər. Amma qalanlarınhamısı da etibarlı deyil. Heç onları da qınamıram. İndi o qədər qayğı var ki, adamlarbir-birini arayıb-axtarmağa vaxt tapmırlar…

Mən mövzunu dəyişmək üçünsəhhətini, nəvələrini soruşdum. Ən çox onu narahat edən Qarabağ həsrətimizdən danışdıq. Həmişəki kimi yenə boynuma bir haqq qoydu:

- Sən qəzet adamısan. Müdirində deputatdı. Az-çox xəbərin olar Qarabağdakı durumdan. Oralarda təzə nə var, nəyox? – deyə soruşdu.

Mən də bildiyimdən danışdımvə ərkyana bir şəkildə «özünüzdən muğayat olun» - dedim – «siz hələ bizə çox lazımsınız»- söylədim. Sonra ayağa qalxdıq və bildirdi ki, mən daha toylardaçox otura bilmirəm. Sən uşaqlarla əyləş, mən də yavaş-yavaş gedim. Maşına qədərötürmək istədim, ona da imkan vermədi. Hətta zarafatla dedi ki, «get, yeməyini soyutma».

Bəli, mən Məhi QuliyevinAzərbaycana, dövlətimizə, qanunlarımıza nə qədər bağlı olduğunu çox gözəl bilirdim.Onun mənə söylədiyi xatirələrindən biri Ulu Öndərin Bərdəyə səfərləri zamanı olangörüşləri, bu səfərlərin təhlükəsizliyinin ona həvalə olunması idi. Məhi müəllimmənim marağımı həmişə nəzərə alıb keçmişdən, ötən günlərdən, silahdaşlarından, şahidiolduğu hadisələrdən danışmağı xoşlayırdı. Və hər dəfə də xüsusi vurğulayırdı ki,onları sənin üçün danışıram. Görürəm ki, keçənlərlə, keçmişlərlə çox maraqlanırsan.Və bir dəfə də söhbət əsnasında vurğuladı ki, Bərdədə işlədiyim dövr idi. Telefonzəng çaldı. Rüstəm müəllim idi. Dedi ki, təcili Bakıya getməlisən. Və telefonundəstəyini asdı. Durub Raykoma gəldim. Rüstəm Səfərəliyevlə görüşdüm. Bakı məsələsinisoruşdum. Dedi ki, Nazirlikdə sənin yerinin dəyişdirilməsi müzakirə olunub. Mənədedilər mən də Heydər Əliyevlə danışdım. Narahatçılıq yoxdu. Amma bir Nazirliyəbaş çək. Təbii ki, gəldim, aidiyyəti yoldaşlarlagörüşdüm və hamısı bircə kəlmə dedi:

- Səfərəliyev səni yamançox istəyir. İmkan vermədi ki, yerini dəyişək.

Bəli, mən bu yazını necəyazdım və bu yazıda Məhi müəllimə olan özümün və onu tanıyanların təəssüfdolusevgimizi ifadə edə bildim ya yox deyə bilmərəm. Çünki bu xəbər mənə doğrudan-doğruyabir şok yaşatdı. Ən azından ona görə ki, bir güvəncim də, bir xatirə ünvanım dabitdi. Ona görə itirilən dəyərli insanın acısını isti-isti yaşaya bilmədim. Ammabircə onu bilirəm və uca səslə ifadə edirəm ki, Məhi Quliyev Azərbaycanın daxiliişlər oqranının ən ləyaqətli, ən halal, ən nümunəvi əməkdaşlarından biri idi. Mənimgözümdə o,Azərbaycan milisinin həm ensiklopediyası idi, həm dəşərəfi, vicdanı. Düşünürəm ki, bu cür insanlar özlərini həsr etdikləri peşəni həmişəucada tutublar, ucada saxlayıblar və özləri də o ucalığa doğru yol gediblər. EləMəhi müəllim kimi.

Ruhun şad olsun,dəyərliinsan! Məkanın cənnət olsun,cənab polkovnik!

TƏQVİM / ARXİV