adalet.az header logo
  • Bakı 16°C

Oğurlanmış gələcək

HİDAYƏT ELVÜSAL
41208 | 2016-10-29 09:44
Dalğaların sahilə vurduğu o körpənin görüntüsü az qala bütün dünyanı ağlatdı. Üzüqoylu, qumları, həyatı qucaqlayırmış kimi müdhiş hisslər oyadan o körpənin o halını xatırlayan varmı? Ona ağlayan dünya indi öz işindədir. Onsuz da Yer üzünü ölüm immuniteti bürüyüb. Ölüm o qədər adiləşib ki, az qala hər kəsin həyat tərzinə çevrilib. Küçədə, məhəllədə, kənddə, şəhərdə, qəzetdə, televiziyadag sürəkli belə xəbərlərlə qarşılaşırıq.
Yaxın Şərq od içindədir. Bomba yağdıran təyyarələr, atılan toplar, güllələr hər gün körpə öldürür. Övladının cansız bədənini sinəsinə sıxıb, fəryad qoparan əlacsız ataların əlindən ağlamaqdan savayı bir əlac tapa bilmir.
Hər gün uşaqlar ölür. Bir ölkənin, toplumun, millətin, xalqıng kökü kəsilir. Nəsli həyatdan silinir.
Dünya daha belə şeylərə ağlamır. Real həyatda gördükləri Hollivudun savaş filmlərini çoxdan arxada buraxıb. Elə epizodlar var ki, onu ya ABŞ əsgərləri, ya da İsrail qaniçənləri yaradır. Oxuya-oxuya dinc adamlara güllə yağdıran ABŞ pilotu, ya da elə sahildə oynayan Fələstinli körpələri qanına qəltan edən İsrail hərbiçiləri - nə fərqi var? Ölən onsuz da müsəlman balalarıdı...g

Utanma, gözəl!

Daha bir səhnəni xatırlatmaq istərdim. Bombardmanda yaralanmış bir qız uşağını, müsəlman balasını təcili yardım maşınına gətirirlər. Üzü qan içindədir. Əlini atanda qana bulaşır. Uşaq utana-utana üzünün "kirini" oturacağa silir. Gözləri böyüyüb. Baş verənləri anlamaq iqtidarında deyil.
Dünya bir neçə gün də bu səhnəyə şahid oldu və unutdu.
Ağrılar içində qıvrılan körpələri nə anaları, nə də oyuncaqları kiridə bilmir. Elə bir neçə gün içində İŞİD-in od vurduğu kükürd mədəninin yanması nəticəsində neçə körpənin nəfəsi kəsildi, neçəsi elə indidən ciyər xəstəliyinə tutuldu.
Əlsiz, ya da ayaqsız körpələri azmı görmüşük. Hamısı da ya gic fanatların, ya da xaç yürüşünün əsgərləri tərəfindən bu hala salınıb.
Əgər buraya cinsi təcavüzə məruz qalan azyaşlı uşaqları da əlavə etsək...g

Bir loğma çörək

İşğalçı dövlətlərin ənənəvi, klassik bir adəti var. Əvvəlcə ələ keçirmək istədikləri torpaqlarda "bəsdi" deyənə qədər öldürürlər. Sonra iblis donuna girib, oralarda "humanitar yardım" kampaniyaları keçirirlər. Günlərlə ac qalan uşaqları kamera qarşısına gətirib onun bu vəhşilərə, qaniçən vampirlərə necə təşəkkür etdiklərini lentə alıb, bütün dünyaya yayırlar.
Qiyməti hesaba gəlməyən, olsa belə milyardlarla, trilyonlarla ölçülən sərvəti əsl sahibindən qoparır, əvəzində ona bir loğma çörək verib ABŞ-ın, İngiltərənin, Almaniyanın, Fransanın, Rusiyanıng şərəfinə gözəl sözlər dedirirlər.
Heç uzağa getməyək. Liviya yadınızdamı? Hamı yağ-bal içində yaşayırdı. Varlı, qüdrətli bir xalqı vardı: "Sufilis çöpünə" bənzəyən vampirlər ölkəni darmadağın elədilər. Öz əlləri ilə özünə ölüm hökmü yazdırdılar. İndi o xalq dilənçi kökündədir. Həddafi yoxdur, amma çörək də, əvvəlki həyat da yoxdur. Di döy başına... müsəlman! Evdə acından ağlayan körpənə bir tikə çörək tapıb verə bilmirsən. Həddafi isə onlar dünyaya gələn kimi bank hesabı açıb, gələcəyinə təminat yaradırdı. Bu keyfi sənə Toni, Coni, Güxelbeker, Elbenşteyn... yaratmayacaq. Sən özünü və körpənin gələcəyini öz əllərinlə işğalçıların mədəsinə yolladın.

Avropaya uzanan köç

Ötən əsrin 50-ci illərindən sonra ən çox ruslar və almanlar qanlarını təzələdi. Fikir verirsinizmi, daha "kurnos" rus təsadüfi hallarda gözə dəyir. Qarasaçlı, isti qanlı (istiqanlı yox), gözəl-göyçək ruslar yaranıb. Böyük Vətən müharibəsindən sonra belə bir dəyişiklik Almaniyada da meydana gəldi. Dustaqların, əsgərlərin, qazanc dalınca oralara üz tutanların hesabına rus yeni görkəm, yeni güc, düşüncə əldə etdi. Elmi potensialı, iqtisadiyyatı yenidən dirçəldi.
Almaniya da məhz həmin illərdə, yəni 50-lərdə Türkiyədən böyük bir işçi qüvvəsinə ehtiyac duydu və bunu əldə etdi. Orada da dirçəlmə baş verdi. Ümumiyyətlə, Yaponiya, Çin, Koreya kimi ölkələrdən savayı, Rusiya və Avropa kimi digər ölkələrin insanları, ən çox da müsəlman kişiləri hesabına ayağa qalxdı. Bu, könüllü köç idi.
İndi isə məcburi köç başlanıb. Od içində olan, dindaşlarından tək bircəsini qəbul etməyən Səudiyyə, Qatar... başını quma soxdu. Türkiyə isə... Bəlkə heç bunu deməyim. Yalnız onu xatırladım ki, hər kəsi qəbul etdi. Amma türkmənlərdən pasport tələb etdi. Niyə? Şiə olduqları üçün! Bax, buna görə ötən yazılarıma qayıtmaq istəmirəm. Oxuyan oxuyub.
Və bu köç Türkiyədən Avropaya uzandı. Minlərlə insan yollarda, sularda öldü. Körpələr acından, susuzluqdan, soyuqdan məhv oldu. Avropaya çatanlar isə təhqirlə, alçaldıcı hərəkətlərlə qarşılaşdı. Bir müsəlman qaçqınının dedikləri hələ də qulaqlardadır:
- Bu bədbəxtliyi, bu köçü bizə Avropa ölkələri yaşatdı. Əgər bunlar olmasaydı, öz evimizdə-eşiyimizdə yaşayardıq. İndi isə bizi qəbul etməlidirlər. Bu köç onların etdiklərinin nəticəsidir.
İzaha ehtiyacı varmı?

Ana həsrəti

Təkcə İrakda 1 milyon uşaq yetim qaldı.
Ölmüş anasının döşlərindən süd əmmək istəyən körpəni də hamı görüb.
Meyitlərin arasında anasını səsləyən körpələrin naləsi insanın qanını dondurur.
Nə olacaq bu yetimlərin halı?
Heyvərələr o sahibli, sahibsiz uşaqlara təcavüz etdilər. 8-10 yaşlı qızlar gəncliklərini yaşamamış qadın oldular. Dinçi köpəklər bəzən ikisini, üçünü özlərinə arvad elədilər. Ana həsrəti çəkərkən özləri ana oldular. Və gördülər ki, qucaqlarındakı oyuncaq gəlincik deyil, onların övladıdır.
O gün Türkiyədəki fabriklərin birində çalışan 8-12 yaşlı iki oğlan uşağı TV ekranında danışırdı. Türkcə danışırdılar. Suriyadan qaçqın düşən türk ailələrinin övladları idilər. Biri ayda 4 yüz, o biri 6 yüz lirə (yəni 2-3 yüz manat civarında) qazanırdı. Ucuz...g laldinməz...g yetim uşaqlar.
Bəlkə ailələri də var. Bəzilərininki olmamış deyil. Və...g o təriqətlərdəki bayquşlar var haa, onların da "kefidir". Onlar da Allahın (Allah onların bəlasını versin!!!) əmri (?!) ilə 8-12 yaşlı qızlarla evlənirlər. Bəziləri bolluğa düşüb, ikisini-üçünü alır. Evə günü ("kuma" deyir türklər) gətirir. Yetim, əlacsız, ac qız uşaqları, oğlanlar...gbu gündə, bu halda ömür sürürlər.
gYaxın Şərqdə isə müharibə davam edir. Yüz minlərlə uşaq, körpə öləcək, yaralanacaq, ac qalacaq, didərgin olacaq, təcavüzə məruz qalacaq.
Dünya isə güləcək. Xaç yürüşü iştirakçıları "humanitar yardım" göstərəcək, "demokratiya" yaradacaq, filmlər çəkəcək, ABŞ, Avropa əsgərlərini elə göstərəcəklər ki, müsəlman yenə dəsmal götürüb, onların halına ağlayacaq.
Bax, beləcə İslam dünyasının gələcəyi, bombalarla, güllələrlə, bir loğma çörəklə, oyuncaqla, kino ilə, ibliscəsinə oğurlanacaq.
Və oğurlanır.
Oğruları tanıyırsınızmı? Onları unudacaqsınızmı? Gələcəyinizi onların əllərindən ala biləcəksinizmi?
Nə qədər ağır olsa da... inanmıram!

TƏQVİM / ARXİV