Dünyamusiqisinin İçərişəhərli ulduzu haqqında sənədli film çəkildi
Vaqif Mustafazadəni muğam-caz hərəkatının memarısayırlar. Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sinteziniyaratmaq ilk dəfə məhz ona nəsib olub. Görkəmli musiqiçi bəstələri, virtuoz ifasıilə böyük şöhrət qazanıb, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarınqalibi kimi Azərbaycana qayıdıb.
Növbətiqastrol konsertində, səhnədəki çıxışı zamanı dünyasını dəyişəndə Vaqifin cəmi39 yaşı var idi...
"Mənimtanıdığım Vaqif" tammetrajlı sənədli filmi dünya şöhrətli musiqiçiyə həsr olunub."Butafilm"in istehsal etdiyi bumaraqlı ekran əsərinin bir özəlliyi də var - film Mədəniyyət və Turizm Nazirliyiilə BP Azərbaycan şirkətinin birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.
Virtuoz haqqında düşüncələr
NizamiKino Mərkəzində "Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filminin təqdimatmərasimi keçirildi. Təqdimatdan öncə isə media təmsilçiləri mətbuat konfransınadəvət olundular.
BPAzərbaycan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirdi ki, təmsiletdiyi şirkət ölkəmizdə maraqlı sosial layihələr reallaşdırır: "Azərbaycanınuzunmüddətli tərəfdaşı kimi BP davamlı olaraq sosial layihələr həyata keçirir, mədəniyyətin,təhsilin, idmanın inkişafına yönəlik layihələrə dəstək verir. BP-nin "Mənimtanıdığım Vaqif" filminin çəkilişinə göstərdiyi dəstək bu şirkətin Azərbaycanvə onun zəngin mədəni irsinin təbliği ilə bağlı uzunmüddətli öhdəliyinin bir hissəsidir".
Tamamxanım bildirdi ki, filmə baxarkən musiqi sənətində yeni bir janr sayılan caz-muğamınbanisi kimi tarixdə qalan Vaqif Mustafazadəni yenidən kəşf edib: "Dünya musiqisiniləl-cavahiratla bəzədilmiş taca bənzətsək, bu tacın ən qiymətli daş-qaşı şübhəsizki, Azərbaycan muğamıdır. Vaqif Mustafazadə məhz muğam kimi bir nadir incini cazlasintez etməyi bacarıb".
Onunsözlərinə görə, "Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filmi Azərbaycanındünyaca məşhur musiqiçisinin xatirəsini yaşatmaqbaxımından böyük əhəmiyyətə malikdir. BP Azərbaycan şirkətinin sözçüsü yeni ekranəsərinin maraqla qarşılanacağına inandığını bildirdi.
Mədəniyyətvə Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun baş məsləhətçisiTürkan Rüstəmova "Mənim tanıdığım Vaqif" filminə verdiyi dəstəyə görəBP Azərbaycan şirkətinə təşəkkür etdi, təmsil etdiyi qurumun birgə əməkdaşlığa həmişəhazır olduğunu diqqətə çatdırdı. Nazirliyin əməkdaşı "Butafilm" şirkətininyaradıcı kollektivinə də gələcək işlərində uğurlar arzuladı.
Sonra"Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filminin ssenari müəllifiFüzuli Sabiroğlu fikirlərini mətbuat nümayəndələri ilə bölüşdü. Ssenari müəllifibildirdi ki, bu vaxta kimi Vaqif Mustafazadə barədə çox filmlər çəkilib, amma"Mənim tanıdığım Vaqif"in fərqli özəlliyi var: "Film Vaqif Mustafazadəninmüasiri olmuş, onunla birgə çalışmış dünyanın tanınmış caz ifaçılarının xatirələriəsasında qurulub. Amerika, Rusiya, Gürcüstan, Polşa və Estoniyadan olan məşhur musiqiçilərAzərbaycanın bu nəhəng sənətkarının yaradıcılığını yüksək dəyərləndirir, onunlabağlı xatirələrini danışırlar".
FüzuliSabiroğlunun sözlərinə görə, 40 dəqiqəlik bu tammetrajlı sənədli film üzərində beynəlxalqyaradıcı qrup çalışıb. Ssenari müəllifi filmə göstərdiyi dəstəyə görə Mədəniyyətvə Turizm Nazirliyinə, BP Azərbaycan şirkətinə təşəkkürlərini bildirdi.
Cığıraçan İçərişəhərli
Mətbuatkonfransının ardından filmin təqdimat mərasimi oldu. Tanınmış teleaparıcı RahibAzəri Vaqif Mustafazadənin həyat və yaradıcılığı barədə çıxış edərək bildirdi ki,görkəmli musiqiçi 1940-cı il martın 16-da İçərişəhərdə dünyaya gəlib. Anası Zivərxanım dahi Üzeyir bəyin tələbəsi olub, Vaqifdə musiqiyə həvəsi də anası oyadıb.Rahib Azəri böyük sənətkarın qazandığı uğurlardan bəhs etdi, Tallində, Tbilisidə,Monte-Karloda keçirilən beynəlxalq caz festivallarının qalibi olduğunu, dünyanınən məşhur musiqiçilərinin Vaqif Mustafazadə yaradıcılığını yüksək dəyərləndirdiyinidiqqətə çatdırdı. Onun sözlərinə görə, caz musiqisində yeni çığır açan Vaqif Mustafazadəninkeçmiş sovet məkanında hər çıxışı musiqi bayramı kimi qarşılanıb. 39 yaşında dünyadanköçən bu virtuoz musiqiçi öz yaradıcılığı və ifası ilə həmişə sağdır.
"BP Azərbaycanın zəngin mədəniirsi ilə sıx bağlıdır”
Sonrasəhnəyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti QordonBirrel dəvət olundu. Cənab Birrel bildirdi ki, Vaqif Mustafazadə haqqında çəkilənbu film BP-nin qürurla öz adını üzərinə yazdığı ilk mədəniyyət layihəsi deyil:"Azərbaycanın uzunmüddətli neft və qaz tərəfdaşı kimi BP şirkəti burada fəaliyyətəbaşladığı ilk günlərdən bu ölkənin zəngin mədəni irsi ilə yaxından bağlı olub. Buvaxtadək şirkətimiz Azərbaycan mədəniyyətinin inkişafına, onun möhtəşəm mədəni irsinintəbliğinə xidmət edən çoxsaylı uğurlu layihənin təşəbbüskarı olub, onları həyatakeçirib. İnanırıq ki, mədəniyyət sahəsindəki təşəbbüslərimiz-sponsorluq etdiyimizfilmlər, kitablar, konsertlər, arxeoloji tədqiqatlar Azərbaycanda həyata keçirdiyimizdigər iri sosial sərmayə proqramları ilə yanaşı ölkənin multikulturalizminin davamlıinkişafı istiqamətindəki uzunmüddətli planlarına tam dəstək verir".
QordonBirrel Vaqif Mustafazadənin yaradıcılığını yüksək dəyərləndirdi, onu dünyanın ənməşhur caz pianoçularından və bəstəkarlarından biri hesab etdiyini dedi: "Qeyri-adiistedada malik bu görkəmli caz ifaçısı bütün dünyada yüksək rəğbət qazanıb və Bakıdaonun musiqisi əfsanə sayılır. Onun istedadının pərəstişkarı olan bir insan kimideyə bilərəm ki, Vaqif Mustafazadə Şərq və Qərb musiqisinin ən yaxşı janrlarınınfantastik sintezini yaratmağa nail olub. Bu sintezin nəticəsində Azərbaycan millimusiqisi olan muğamın Qərb cazının heyranedici qarışığı meydana çıxıb.
Muğamhaqqında da fikirlərimi bildirmək istərdim. İlk dəfə bu musiqini eşidəndə düşündümki, bu, xalqın ruhunun və milli kimliyinin musiqi ilə ifadəsinin ən güclü təzahürüdür.Onu da bilirəm ki, Vaqif Mustafazadənin muğamı caz ilə sintez etməsindən xeyli əvvəl- 1908-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyli öz əsərlərində muğamı artıq operayagətirib. Muğam daha sonra 1948-ci ildə digər bir görkəmli bəstəkar Fikrət Əmirovtərəfindən ilk dəfə Qərbin simfonik musiqisi ilə birləşdirilib. Üçüncü böyük birAzərbaycan musiqiçisinin muğamı başqa bir Qərb musiqi janrına - caza qovuşdurmasınatəbii baxıram.
Ümidedirəm ki, bu nəhəng musiqiçiyə həsr edilən film Vaqif Mustafazadənin möhtəşəm yaradıcılığınınəbədiləşməsinə və onun böyük istedadına dünya miqyasında olan hörmətə və verilənqiymətə töhfə olacaq".
Çıxışınınsonunda BP-nin regional prezidenti şirkətlə əməkdaşlığa görə Əbülfəs Qarayev başdaolmaqla Mədəniyyət və Turizm Nazirliyinin kollektivinə, "Butafilm"ə, busənədli ekran əsərində əməyi keçən hər kəsə təşəkkür etdi.
Qısa ömrün akkordları
Mədəniyyətvə turizm nazirinin müavini Ədalət Vəliyev öz çıxışında bildirdi ki, qısa, lakinmənalı ömür yaşayan Vaqif Mustafazadə əsərlərində Şərqlə Qərbi birləşdirib, onunyaratdığı musiqilər bu gün də maraqla dinlənilir, müxtəlif konsert salonlarındadönə-dönə ifa olunur. Vaqif Mustafazadənin caz musiqisinə gətirdiyi yeniliklər onadünya şöhrəti qazandırıb.
ƏdalətVəliyev qeyd etdi ki, 2005-ci ildən başlayaraq Bakıda Beynəlxalq Caz Festivalı keçirilirvə dünyanın tanınmış musiqiçiləri Azərbaycan paytaxtına toplaşırlar. "Mənimtanıdığım Vaqif" filminin məhz növbəti Beynəlxalq Caz Festivalı günlərindətəqdim olunmasının xüsusi əhəmiyyəti var.
Nazirmüavini böyük Azərbaycan musiqiçisinə həsr olunmuş filmin ərsəyə gəlməsinə dəstəkverdiyinə görə BP Azərbaycan şirkətinə minnətdarlığını bildirdi.
Sonda"Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filmi tamaşaçılara təqdimolundu.