adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

UNUDULAN ADAMIN ELEGİYASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
71705 | 2016-10-28 14:50

Tükənəngücün şəkli...

Adətənhər hansı bir yazını özümə, öz taleyimə, öz yaşamıma uyğun bir şəkildə qurmağaçalışıram. Necə deyərlər, istinad yeri özüm oluram ki, heç kim sözümdən inciməsin və yaxud yazdıqlarımı özünə götürməsin. Hətta bu üzdəndəfələrlə ən doğma adamlarla söz-söhbətim də olub. Özümdən iqtibas gətirdiyimi qəbul etmək istəməyiblər. Buna baxmayaraq, mənhəmişə öz fikrimdə qalmışam və bilirəm ki, özümü nümunə göstərmək daha yaxşıdır, nəinki başqasını. Və bax, beləcə mən yazdığım buyazıda siz hər birinizi görə biləcəksiniz. Təbii ki, mənim gözümdə, mənim özümdə...

Düşünürəmki, insanın gücü təkcə onun fizioloji imkanlarından asılı deyil və yaxud daidmanla məşğul olub, hər gün ağırlıq qaldırıb yumruqlarını boks əlcəkləri iləhara gəldi çırpmasından da keçmir. Yəni fizikigüc insanda istənilən ölçüdə olabilər. Kimsə bir yumruğa öküzü də yerəyıxa bilər. Amma mənəvi güc tamam fərqlidi.Onu gözü quruyanda ağlamaqla, atılıb-düşməklə, yumruq çırpmaqla bərpa etmək olmur. O gücü özünə qaytarmağın bir yolu var, o da həmin ogücü səndən alanı, o gücün gözünübağlayanı yenidən mənəvi dünyanın parametrlərinə uyğun gətirməkdir. Biraz da açıqlasam, yəni mənəvi gücünüsıfıra endirəni sən sıfırdan üzü yuxarı qaldırmağı bacarmalısan.Bunun üçün səni endirənin yanında olmalısan ki, onunla yenidən qalxasan. Təəssüf ki, bu da həmişə mümkünolmur. O məqama qədər ki, yol haçalanır.Biri əbədiyyətə, biri isə...

İkinciyol dediyim həmin o yenidən ayağadurmaqdı. Bu yolda xatirələr də köməyəçata bilər, özü-özünü təkrar-təkrar çözüb içindən hansısa birqığılıcımı tapmaq da. Mənim üçün bu çözüm bitib-tükənmir. Mənim üçün o qığılcım axtarışıbütün ömrüm boyu alın yazım olub.Ona görə axtarışdan, xəyal qurmaqdan, xatirələri vərəqləməkdən heç vaxt bezməmişəm. Amma müəyyən anlarda sözün həqiqi mənasında sınmışam. Ona görə sınmışam ki,axtarışım, xatirələrim, xəyallarım kiməsə, lap elə tutaq sənin özünə qınaq yeri, gülünc yeri olubdur.Hətta odu söndürüb küllə oynamaq fikrinidə mənim üçün tez-teztəkrar etmisən. Lakin nə imkan verməmisən, nə də mənə qoşulub odun niyə söndüyünü araşdırmaq səbəbini bilmək istəməmisən. Mən dəözüm sınmağı qəbul edib sənin heçvaxt sınmağını istəmədiyimdən öz içimə sığınmışam və öziçimin səsini misralara çevirmişəm.Yazmışam ki:


Sənməni hamıdan çox

özünəyad bilirsən,

onillik ağac üçün

quru qanad bilirsən...


Olum,ya da ki ölüm

bir ölçünün içində...

iştirakınfərq etmir -

öləndə,ya üçümdə!..


Odurki, bu karvanda

yorulmuşbir dəvə tək

buraxməni səhrada -

deki, get cəzanı çək!..


Bəli, bu bir həyat hekayəsi deyil. Bu əslində yaşananın misralarda ifadəsidir.O misralarda ki, onu hər kəs öz arşınıilə dəyərləndirə bilər və yaxud da bu misralar kiməsə nəyisə xatırladar. Məhz oxatırlama, qiymətvermə məqamında bir gerçək ortaya çıxar. O gerçək ki, sənə də, mənə də, eləhamımıza bir sual ünvanlayar:

-Görəsən Allahın yazdığını kim pozmaq istəyir? Görəsən halal haqqı kim arxa plana keçirir? Vəümumiyyətlə, yaşananları kimlər qaralamağa çalışır?

Hə,mən də elə bu sualların ətrafında öz günümün gerçək səhifələrini oxumaq istəyirəm, amma oxuya bilmirəm.Çünki oxumaq istəmədiklərim mənimarzulamadıqlarımdır. Mən onlar barəsində heç düşünməmişdim, heç xəyal daqurmamışdım. Bilmirəm, bu ağlıma gəlməyənlərbaşıma niyə gəldi. Və bir də onda gördüm ki:


Quruyanağaca

baxan kimi

baxıramözümə

qollarım

düşübyanıma

budaqkimi

əlləriməsir

saralan

yarpaqkimi

duyuramki,

buağac

baxmağautanır

üzümə...

amma

yaxasınaçıb

songücü ilə

torpaqkimi!..


Deməli,bu gerçəyin içində tükənən güc adamı həm də arxa plana keçirir. Və o tükənəngüc səni, məni və daha kimləriunutdurmağa başlayır. Damla-damla, gilə-gilə əriyib sönən şamı gözününönünə gətir. Onda nə dediyimi yəqin ki, hiss edəcəksən. Lap elə ola bilsin ki,görəcəksən, axı şam göz önündə əriyir...

Mənheç kimi yükləmək, heç kimə ağrı-acı gətirməkfikrində deyiləm. Və ümumiyyətlə, kiminsəmənim düşüncələrimi, istəklərimi öz düşüncələrinə çevirməsində israrlıdeyiləm. Və hər kəsin də haqqını tanıyıram və qəbul edirəm. Amma mənə əzab verən,məni sıxan, məni az qala özünə üsyan etməyə vadar edən bircə məqam var ki, o da gerçəyin qəbul olunmamasıdır.Burda söhbət mənim düşündüyüm gerçəkdəngetmir, sənin də, mənim də, hamımızın gördüyü gerçəkdən gedir. Bax, o gerçəyin içində gücümün tükənməyidi məniağrıdan... Mən bunu həyatımın bir qara yazısıhesab edirəm. Daha doğrusu,qara rəngdə yazılmış yazısı. Və bilirəmki, bu yazı heç kim tərəfindənoxunmayacaq və oxunması da gərək deyil. Amma bu yazıdan həm də ona görə incikdüşürəm ki, bu bir növ unudulmaq simfoniyasının ilk ritmləridi. Bax, belə:


Qapı döyülmür,

zəng də yox

mesaj

qutusu da boş

fikir eləmə çox

bu da

alın yazısıdır

nə xoş gününə,

xoş -

unudulan adam!


Hə, mən birunudulan adamın tükənən gücünün şəklini çəkmək istəyirəm, amma sözlə. Bütünişim-gücüm o gücün o unudulan adamaqayıdacağına yönəlib. Amma deyirlər ki... Siz də düşünün, mən də, görəknə deyirlər?


TƏQVİM / ARXİV