… Oktyabr ayı hələ indiyə kimi belə soyuq keçməyib. Düzdür,1993-cü ilin oktyabrı da soyuq olub. Hətta onda Bakıya qar da yağmışdı. Sanki o oktyabr yenidən gəlibvə qapımızı kəsdirib. Hələ ki Bakıya qar yağmasa da əyalətlərinəksər yerlərinə qar düşüb. O günü Füzulidənqardaşım zəng eləmişdi, deyirdi ki, Bəhmənliyə qar yağıb. Özü də bu qar elə-beləqar deyil, ağacların yaşıl budağına hopan qar bu ağacları yaman günə qoyub. Üstəlik də qarın qəfil yağması pambıqçılığa çox pis təsir göstərib…
Bunların hamısıbaşa düşüləndi. Çünki Allahın işinə qarışmaq olmaz. Hava gec də soyuya bilər, tezdə. Sadəcə olaraq, gərək biz insanlar hər cür hava şəraitinə hazır olaq. Onsuz da sadə adamlar həmişə bu cür hava şəraitinə dözüblər. Ancaq gərək o kəslər ki, qışda öz işlərini görməlidir, camaata, əhaliyə istilik verməlidir, bax onlar dazəhmət çəkib qışa hazır olmalıdırlar. Yoxsa qar qapını kəsdirəndə, soyuq düşəndəaidiyyatı qurumlar öncədən hazırlıq görməkəvəzinə, başlayırlar öz əməllərinə haq qazandırmağa. Yəni deyirlər ki, filan yerdətəmir işləri aparırıq, filan yerdə qəza başverib onu düzəldirik. Camaat isə soyuqlugünlərdə üşüyür və min bir çətinlikyaşayır.
O günü televiziyakanallarının birində bir süjet göstərdilər. Qubaya qar yağmışdı, işıqlar isə sönmüşdü.Sakinlər isə deyirlər ki, ikinci dəfədir ki, Qubaya qar yağır, işıqlarımız da tez-tez keçir. Həminməsələ ilə bağlı «Azərişıq»dan bildirdilər ki, təmir işləri ilə əlaqədarolaraq işıqlar söndürülür. Hətta deyilənlərə görə həmin təmir işlərindənbiri Qubanın kəndlərində gedir.
Sakinlər isədeyilənləri təkzib edirdilər. Bildirirdilər ki, düzdür, işıq dirəkləri yolun kənarına yığılıb, amma heç bir təmirdən söhbət gedə bilməz.Onsuz da bunlar yalan danışmağaöyrəşiblər. Və bir də ki, hər hansıtəmir işləri payızın axır ayında deyil,yaz və yay aylarında aparılmalıdır. Məhzelə aidiyyatı qurumlar da zəhmət çəkib bu məsələləri vaxtında həll etməlidir. Vaxtındahəll edilməyən məsələlər isə acı bağırsaq kimi uzanır, söz-söhbətlər yaranır.
Balaca uşağıanası bağçaya aparmaq istəyir. O isə ağlaya-ağlayadeyir ki, bağçaya getmirəm, orda soyuqdan donuram. Məktəblini atası məktəbə aparır,həmin məktəbli də soyuq sinifdə oturmaqdan bezir. O da bəhanə ilə məktəbdən yayınmaqistəyir. Son on gündə isə məktəbə gedən onlarla uşaq sinif otaqları soyuq olduğu üçün xəstələnib. Görəsən uşaqların günahı nədir ki, soyuq havalarda soyuqdan donurlar?Onlar məcbur olub qalın geyinib və sinifotağında da paltolarını-plaşlarını soyunmurlar.
«Azəristiliktəchizat»ınisə dünya vecinə deyil, çünki hər bir vəzifəlişəxsin evində kombilər quraşdırılıb və onlarında mənzili od kimidir. Vay o adamın halına ki, mənzilində kombi yoxdur, vahid istiliksistemi ilə birləşdirilib. Bax onların özləri də, uşaqları da, nəvələri də soyuqdandonacaqlar. Bu vəzifəli əmilərin Araz aşığındandır,Kür də topuğundan. Düz on beş gündür əksər KİV-lərdə havaların soyuması ilə bağlıistilik sistemlərinin işə salınması barədə müxtəlif yazılar dərc edilir. Amma aidiyyatı qurum isə bu məlumatlarıbu qulağından alıb o birinə qulağına verir. Bəhanə də edirlər ki, bizim əlimizdəelə səlahiyyət yoxdur. Gərək Bakı Şəhər İcra Hakimiyyəti bizə göstəriş versin, biz də istilik sistemləriniişə salaq. Nə bu göstəriş verilir, nə də istilik sistemləri işə düşür.
… Nəticədə havalargündən-günə soyusa da və fasiləsiz olaraqBakıya yağışlar yağsa da, məktəblərdə, uşaqbağçalarında və digər sosial obyektlərdə insanlar soyuqdan çox əziyyət çəkməyə məhkumdurlar. Mənzil soyuq, ev soyuq,mindiyimiz avtobus da ondan soyuq. Bəzənsürücülərə sərnişinlər irad tuturlar ki, Allah köməyiniz olsun, heç olmasa maşınınistilik sistemini qoşun. Sürücülər isə yazıq-yazıq baxır və deyir ki, ay rəhmətliyinuşaqları, bu köhnə sınıq-salxaq maşınla güc-bəla ilə mənzil başına gedirik, o kiqala bunun istilik sisteminə. Görək də, müdiriyyət deyib ki, bu maşınların istilik sistemini tezliklə düzəldəcəyik…
«Halva-halvademəklə ağız şirin olmaz». Heç olmasa noyabrınəvvəllərində istilik sistemi işə düşsədə buna min şükür. Amma bundan da ağlımızbir şey kəsmir. Çünki o əmilərdə, o dayılarda bu ürək var, çətin ki noyabrın15-dən tez istilik sistemləri işləsin. Ona qədər də birtəhər dözmək lazımdır. Evəgirirsən görürsən kimsə asqırır, işə gəlirsən görürsən kimsə öskürür, avtobusa minirsənvə yenə görürsən ki, kimsə fasiləsiz olaraqasqırmaqda davam edir. Elə bircə dəfə asqıranda «sağlam ol» deyirsən. O dadillənir ki, «çox sağ ol». Belə şəraitdə sağlam olmaq çox çətin ki, mümkün olsun.
Hər halda, yəqinAllahın bizə yazığı gələr, heç olmasa havalar belə soyuq keçməz. Allahın həmişə insanlara yazığı gəlib, ancaq daş ürəkli məmurların isəsoyuqdan donan bu insanlara heç vaxt yazığıgəlməyib…