adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Oktyabr 2016 22:11
7160
SİYASƏT
A- A+

Putin Obama ilə danışıqların uğursuzluğa düçar olduğunu bəyan edib

Rusiya prezidenti Vladimir Putin "Valday” beynəlxalq müzakirə forumunun plenar iclasında qeyd edib ki, Suriyada qan tökülməsinin dayandırılması hələlik ümümkün deyil.

Adalet.az-ın məlumatına görə, bu barədə cümə axşamı, oktyabrın 27-də,"İnterfax”nəşri xəbər verir.

Rusiya dövlət başçısı ABŞ prezidenti Barak Obama ilə şəxsi danışıqların nəticəsiz qaldığını bəyan edib.

"Uzun müddət aparılan danışıqlar, böyük əziyyətlər və çətin güzəştlərdən sonra terrorçulara qarşı mübarizədə birgə cəbhənin formalaşması gözlənilirdi, lakin bu baş vermədi. Amerika Birləşmiş Ştatlarının prezidenti ilə şəxsi danışıqlarımız da alınmadı”, - Putin əlavə edib.