adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Oktyabr 2016 21:45
13632
İQTİSADİYYAT
A- A+

Ziya Məmmədov Əbubəkir Ömər Hadini qəbul edib

Nəqliyyat naziri Ziya Məmmədov Cibuti Limanı və Azad Ticarət Zonasının sədri (Ports & Free Zones Authority), Cibuti Milli Hava Yollarının baş direktoruƏbubəkir Ömər Hadinivə baş müşavirMahamed Aden Waberiqəbul edib.

Adalet.az xəbər verir ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Əbubəkir Ömər Hadi Ələt qəsəbəsində yerləşən Yeni Bakı Limanına səfərinin təəssüratlarını bölüşərək, Limanın ərazisi də daxil olmaqla Azad Ticarət Zonasının yaradılmasının dövlətin qeyri-neft sektorunun inkişafına, ticarət dövriyyəsinin artmasına öz töhfəsini verəcəyini bildirib.

Görüş zamanı Azərbaycanın ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin rəhbərliyi altında keçdiyi inkişaf yolundan danışan Ziya Məmmədov öz növbəsində tikilməkdə olan limanın əlavə iş yerlərinin açılması və ümumi daxili məhsulun artması, yeni imkanlar yaradacağına inamını vurğulayıb və bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni Bakı Limanı ümumilikdə bütün regionun inkişafına müsbət töhfəsini verəcəkdir. Söhbət zamanı Bakı limanının strateji coğrafi mövqeyi, Azad Ticarət Zonası və Limanın birlikdə inkişafının vacibliyi barədə məsələlər müzakirə edilibdir.

Əlavə olaraq görüş çərçivəsində Cibutinin Şərqi Afrikaya giriş qapısı kimi əhəmiyyətindən, tərəflər arasında aviasiya və ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi, perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Cibuti Limanı Asiya, Afrika və Avropanı birləşdirən əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Qırmızı dənizin cənub girişində yerləşir. Liman əsasən Şərq-Qərb ticarət marşrutu üzrə ən qısa yol sayılır. 1998-ci ildən bəri, Liman ağır yük maşınları və dəmir yolu vasitəsi ilə Əddis Əbəbəyə dəniz trafikinin 100%-nə nail olmuşdur. Bu mühüm işin həyata keçirilməsi üçün, Liman həmçinin də bir çox əlavə quru sahələri yaratmışdır. COMESA (vahid cənub və qərb Afrika bazarına) xidmət etmək üçün mükəmməl ərazidə yerləşən liman 19 ölkə və 380 milyon insanı birləşdirir. Həmçinin Əbubəkir Ömər Hadi son 4 il ərzində Cibutini Afrikada ən sürətlə inkişaf edən logistika qovşağına çevirilməsində mühüm rol oynayıb. Cənab Hadi, hal-hazırda 70% maliyyələşdirilmiş və ümumi dəyəri $15 milyard dollar olan Cibuti Limanı və Azad Ticarət Zonası layihəsini reallaşdırır.