adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Oktyabr 2016 19:19
8365
İDMAN
A- A+

Qvardioladan antirekord

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın yeni klubunda işləri yaxşı getmir.

Son olaraq İngiltərə liqa kubokunda "Mançester Yunayted"ə uduzan Qvardiolanın komandası qalib gələ bilmədiyi oyunların sayını 6-ya yüksəldib.

Bu isə P.Qvardiola üçün antirekorddur. İndiyə kimi təcrübəli mütəxəssis çalışdırdığı heç bir klubda 6 oyun dalbadal qələbəsiz qalmayıb.

Qeyd edək ki, son olaraq 2009-cu ilin martıda "Barselona"da ard-arda 5 görüşdə qalib gələ bilməyib.