adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Oktyabr 2016 18:50
361875
SİYASƏT
A- A+

Prezident Miloş Zemanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Çex respublikasının prezidenti Miloş Zemana təbrik məktubu ünvanlayıb.

Adalet.az xəbər verir ki, məktubda deyilir:

`Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram.`