adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Oktyabr 2016 17:24
8485
DÜNYA
A- A+

Rusların hələ ehtiyatda daha qorxulu silah layihələri var

Dünya KİV-lərində Rusiyanın yeni istehsalı olan RRS 18 "SARMAT” raketləri barədə dünyanı qorxuya salan silah haqqında məlumatlar yayılır.

İddia olunur ki, bu silah hətta 1982-ci ilin məhsuludur, sadəcə olaraq indi istehsalına start verilib. Xatırlatmaq istəyirk ki, hələ 30 il bundan öncə SSRİ Hərbi Sənaye Kompleksinin yüksəs rütbəli şəxslərindən biri SSRİ-nin dağılması ərəfəsində etiraf etmişdir ki, Rusiya dünyanın məhv edə biləcək silahların layihələrinə mailkdir. Sadəcə olaraq iqtisadi vəziyyət bu silahların istehsal olunmasını ləngidir. "İskender,” "Satana -2”, "Sarmat” və.s. kimi silahların istehsalı məhz maliyyə çatışmazlığı ucbatından ləngəyir.

Bu gün Rusiyanın təbii sərvətlər-neft və qaz ixracatında əldə etdiyi yüz milyardlarla dollar gəlirləri mövcud durum nəzərə alınaraq məhz hərbi sənaye kompleksinə yönəlib və keçmiş layihələr bu günki vəziyyətə uyğunlaşdırılaraq müasir tələblərə görə təkmilləşdirilərək qismən istehsalını başlayıb.

P.S. Putin əlində olan bu layihələrə görə, ABŞ-a və bütün dünyaya meydan oxumaqdadı. ABŞ isə ruslar demiş, "prospal situasii”.