adalet.az header logo
  • Bakı 18°C
27 Oktyabr 2016 14:10
7872
DÜNYA
A- A+

MOSULU PAY-PÜRÜŞ EDİRLƏR

Mosul ən zəngin neft yataqlarına malik bir yerdi. İndi koalisiya gücləri Mosulu İŞİD-dən azad etmək üçün hücuma keçiblər. Söhbət də yorğan davasıdı, Mosul azad olunandan sonra ordan kimə nə pay düşəcək. Və hamısı da sözü bir yerə qoyub ki, Osmanlı torpağı olan Mosuldan Türkiyəyə pay düşməsin.

Türkiyəyə də Türkiyə demərəm kənarda qalsa. İnşallah, Türkiyə onu istəməyənləri yerində oturdacaq.

Orta məktəbdə oxuyanda bir sinif yoldaşımızı şəhərdə döymüşdülər. Qonşular nənəsindən soruşurlar ki, Mişini nə üstə döyüblər?

Nənəsi:

- Söhbət qız üstə olub. Qız da Mişini deyib, ona görə döyüblər.

İndi Mosulda söhbət bombardman altda qalan, terrora məruz qalan xalqa görə deyil, nöyütdədi. Söhbət nöyüt üstədi, görək nöyüt kimi deyəcək.