Bu günlərdə Kütləvi İnformasiya VasitələrinəDəstək Fondunun dəstəyi və təşəbbüsü iləölkənin aparıcı qəzetlərinin, informasiyaagentliklərinin rəhbərləri və əməkdaşları Naxçıvan Muxtar Respublikasına səfər etmişdi.Məqsəd həm ölkə mətbuatının, həm də Naxçıvan MR-in kütləvi informasiya vasitələrinin icra strukturları ilə, dövlət orqanlarıilə birgə fəaliyyətini araşdırmaq, problemləriöyrənmək, bu problemləri aradan qaldırmağın yollarını axtarmaq,əlaqələri möhkəmləndirmək və sair və ilaxır.
Çox təəssüf ki, bu vacib və həm də xoşməramlı bir səfərə bəzi həmkarlarımızkölgə salmağa çalışıblar. Guya burda hansısa məqsəd var və bu məqsədi açıqlayacağıq.
Əvvəla, KİV-ə Dəstək Fondu yaranandan indiyədək Mətbuat Şurası ilə birlikdə regionlardakı vəziyyəti öyrənmək, region qəzetlərininproblemlərinə yardım etmək, bölgələrdə çalışan jurnalistlərin fəaliyyətini gücləndirmək, onlarınsosial problemlərinə yardım etmək və sairvə ilaxırla bağlı belə səfərlərin, belə tədbirlərin həyata keçirilməsi sıradan bir hala çevrilib. Özü də təkcə regionda yox, Bakı şəhərinin rayonlarında da müxtəliftədbirlər keçirilir. Bütün bunlarınhamısında əsas məqsəd müstəqil mətbuatımızın inkişafını gücləndirməkdir. Və bu səfərlərdə, tədbirlərdə əsasən müstəqil mətbuatın və müxalif qəzetlərin rəhbərləri və ya nümayəndələri iştirak edirlər, elə bir ayrı-çeçkilik də qoyulmur. Son zamanlaraparıcı saytların əməkdaşları da butədbirlərdə iştirak edirlər.
Naxçıvan səfəri də planlaşdırılmış səfərlərdən biri idi. Burda nə isə gizli bir məqsəd axtarmaq, bu səfərin nəyəsə və kiməsə xidmətiüçün həyata keçirildiyini qabartmaq boş və mənasız bir məsələdir.
Gəncə səfərində də məqsəd güdülmüşdü, Ağdam səfərində də məqsəd güdülmüşdü,Tərtər, Yevlax, Zərdab, Ağcabədi və sair və ilaxır.
Gələk mətləbə. Səfərə kölgə salmaq istəyənlər iddia edirlər ki, guya bu səfər Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovunpiyarını təşkil etmək üçün həyata keçirilib.Belə ki, guya Vasif Talıbov vitse-prezident olmaq istəyir, bizlər də getmişikmiş onun piyarını təşkil etməyə.
Əvvəla, mətbuatın tənqidi yazılarınagörə hansısa məmurun, lap nazirin belə işdənçıxarılması hallarına çox rast gəlmişik və indən belə də rast gələcəyik.Amma mətbuatın tərif dolu yazılarınagörə kiminsə vəzifəyə gətirildiyinin şahidi olmamışıq. Yüksək vəzifələrə təyinatlar möhtərəm prezidentin müstəsna səlahiyyətinədaxildir. Və möhtərəm prezident də kimlərisəvəzifəyə təyin edərkən qəzetlərintərifi yazılarını deyil, həmin şəxsin dövlətə və dövlətçiliyə sədaqətinivə xidmətini, ləyaqətini, elmini, şəxsi keyfiyyətlərini, bacarığını nəzərə alır.Və kadr məsələləri ilə də mühüm bir dövlətorqanı olan Prezident Administrasiyası məşğuldur. Kimin kim olmağı haqqında arayışları da həmin Administrasiya hazırlayır,mətbuat hazırlamır.
Vasif Talıbovun da necə bir şəxsiyyət olduğunu, bacarığını, qabiliyyətini, işgüzarlığınımöhtərəm prezident biz qəzetçilərdən dəfələrlə yaxşı bilir. Əgər bilməsəydi böyükbir respublikanı, özü də çox böyük strateji əhəmiyyətə malik bir respublikanı ona tapşırmazdı.
Qısası, Vasif Talıbovun piyara ehtiyacı yoxdur.
Amma Naxçıvanın piyara çox böyük ehtiyacıvar, həm ölkəmiz daxilində, həm də sərhədlərimizdən kənarda. Xüsusilə də, deyək ki, Avropada.
Naxçıvan Allahın millətimizə bəxş elədiyi bir möcüzədi. Həm tarixi baxımdan,qədimliyi baxımdan, həm də təbiəti baxımından. Naxçıvandakı tarixi abidələrin siyahısını çıxarsaq görərik ki, Azərbaycanın bütün digər bölgələrindəki tarixi abidələr qədərdi və həm də daha qədimdir.
Bütün xalqlar tarixi abidələri ilə fəxr edir və bunu bütün dünyada reklametməyə çalışırlar. Naxçıvan da öz tarixiabidələri ilə əvəzsizdir. Dünyanın xilas nöqtəsidir. Nuhun gəmisinin dayandığı birtorpaqdır. Zaman-zaman Azərbaycan dövlətinin paytaxtı olan bir torpaqdır. Nəimininyatdığı bir torpaqdır. Böyük-böyük imperatorlaracan verməyən torpaqdı. Hər dağı, hər daşıbir tarixi abidədi. Yəni mən bütün abidələrinadlarını sıralamaq fikrində deyiləm.
Həm də Naxçıvanın təbiəti bir möcüzədi:şəfaverici sular, mineral sular, dünyanın nadir duz sanatoriyası, Əlincəsi, Gəmiqayası,İlanlı dağı, Əshabi-Kəfi, Batabatı, Üzən adası, Ordubadı, Şahbuzu, Şəruru…
Dünyanın bir çox ölkələri elə təkcə turizmin hesabına yaşayır. Naxçıvan daturizm üçün ən gözəl bir diyardır. Əgər biz Naxçıvanın Azərbaycandan kənardakıpiyarını düzgün təşkil edə bilsək on minlərlə yox ey, yüz minlərlə turist axınıbaşlayar Naxçıvana.
Amma gəlin görək biz bunu lazımi səviyyədə təşkil edə bilirikmi? Telekanallarımız Naxçıvanıntəbliğinə, turizm məkanlarının reklamınalazımi qədər diqqət ayırırmı? Biz dünyanınöndə gedən kanallarında Naxçıvanın reklamını, piyarını istənilən səviyyədə təşkil edə bilirikmi?! Rusiya kanallarında Naxçıvanın(söhbət təkcə Naxçıvandan getmir, elə Azərbaycanın da) reklamını və piyarını hansısəviyyədə qura bilmişik?! Rusiyanın elə birkanalı yoxdur ki, hər gün Türkiyənin, Yunanıstanın və sair və ilaxır turizm məkanlarınıdəfələrlə reklam eləməsin. Təbii ki, pulunaminnət, bizim pulumuzmu yoxdu, imkanımızmı yoxdu?
Gərək ki, ötən il idi, hörmətli Vasif Talıbov kənd turizminin inkişafı iləbağlı bir məsələni ortaya qoydu. O vaxt dabuna ağız büzənlər tapıldı. Halbuki dünyanın bir çox ölkələrində kənd turizmiönəmli yerlərdən birini tutur. Deyək ki,bu ən çox İsveçrədə tətbiq olunur. Qısası, bu nədi? Yəni turist ailəsini götürür, ya tək, gəlir bir kəndə, kəndliyə qonaq. Bir həftə, iki həftə o kəndli ilə bir yerdə, hətta əkinə gə gedir,özünü bir ev sahibi kimi aparır. Kənddə bir xoş istirahətini təşkil edir. Kəndin adamları ilə oturur-durur,axşamlar kəndin çayxanasında dominosunu oynayır, şahmatını oynayır, futbolunu oynayır.Həm özü bu qarmaqarışıq dünyadan qaçır,həm kəndə bir şəhər ab-havası gətirir, həm də kəndli pul qazanır.
Azərbaycanın çox gözəl kəndləri var, Naxçıvanın çox gözəl kəndləri var, mənbu sahənin mütəxəssisi deyiləm, yaxşı olar ki, bu sahənin mütəxəssisləri kənd turizmi haqqında gözəl layihələr həyatakeçirələr, bunun təbliğini təşkil edələr, maarifləndirmə aparalar.
Mənim özüm Azərbaycanın kəndlərini,hətta ən ucqar dağ kəndlərini belə gəzməyisevirəm.Bəzən tanımadığım bir qapını döyüb «Allah qonağıyam» deyib çaylarını da içirəm,dərdləşirəm də. Ola bilər bu mənim yazıçılığımdan irəli gəlir, amma bu belədi.
Bəli, Naxçıvana iki günlük səfər elədik, təbii ki, bu iki gün bizə bəs eləmədiki, (hərçənd ki, bir saat boş dayanmadım) Naxçıvanı bütünlüklə gəzə bilək, görəbilək, Naxçıvanı daha yaxından tanıya bilək. Belə qərara gəldik ki, may ayında da yenə Naxçıvansəfərinə çıxaq, inşallah.
Naxçıvanda keçirilən görüşlər, tədbirlər haqqında səfər dostlarımız çox maraqlıyazılar yazıblar və yazırlar, mətbuatda da dərc olunur. Bizim qəzet də onlardanseçmələri dərc edir.
Mən özüm iki il bundan öncə Naxçıvan haqqında silsilə məqalələr yazmışam.Elə ötən ay da qəzetimizin birinci müavini,şair Əbülfət Mədətoğlu Naxçıvanda ezamiyyətdə olmuşdu və silsilə yazılar yazmışdı.Buna görə də mən bu səfərlə bağlı nəsə yazmadım.
Bu yazını da səfərimizə kölgə salmaq istəyənlərə bir cavab olaraq yazdım.
Vasif Talıbovun piyara ehtiyacı yoxdur!Amma Naxçıvanın piyara ehtiyacı var!
Və bir də əgər kimsə qələm dostlarımızın Naxçıvanla bağlı yazdığıyazılara inanmırsa, bizə müraciəteləsin, ezamiyyə xərclərini ödəyərik, getsin,yazılan həqiqətləri öz gözləri ilə görsün.
P.S. Mətbuatda da bir neçə dəfə qeyd eləmişəm, hətta Parlamentdə də təklifetmişəm ki, Naxçıvan MR-in televiziyasına şərait yaradılsın ki, onu nəinkiAzərbaycanın bütün bölgələrində izləyəbilsinlər, həm də Azərbaycandan kənarda izlənəbilsin.