adalet.az header logo
  • Bakı 18°C
27 Oktyabr 2016 12:25
9866
ƏDƏBİYYAT
A- A+

“Qar çiçəyi” kitabı təqdim olundu

Oktyabrın 25-ində Azərbaycan Yazışılar Birliyinin Natəvan klubunda yazıçı Narıngülün "Qar çiçəyi” kitabının təqdimatı keçirilib. 

Tədbiri giriş sözü ilə açan yazıçı Elçin Hüseynbəyli müəllifin yaradıcılığı haqqında danışaraq Narıngülün istedadlı şair olduğunu və bununla yanaşı nəsrdə də öz istedadını sübut edə bildiyini söyləyib. Sonra çıxış edən tənqidçi Əsəd Cahangir kitaba daxil edilmiş hekayələr haqqında fikirlərini bölüşüb:

 "Bu kitabı oxuduqdan sonra bir daha bu qənaətə gəldim ki, Narıngül həm şair, həm də nasir kimi çağdaş yazarlar arasında seçilən imzalardan biridir”. Tədbirdə çıxış edən Vaqif Yusifli, Vaqif Əlixanlı, Balayar Sadiq, Qulu Ağsəs, Zəka Vilayətoğıu, Kəmalə Abıyeva, Təranə Vahid, Anar Vəziroğlu, Fərqanə, Məlahət Yusifqızı, Sevinc Nuruqızı, Şəfəq Sahibli, Arifə Əliyeva, Vəfa Mürsəlqızı və başqa natiqlər Narıngülün "Qar çiçəyi” kitabı haqqında danışıblar və müəllifə uğurlar arzulayıblar.