adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Oktyabr 2016 12:06
7010
DÜNYA
A- A+

6 müəllim və 22 şagird öldürülüb

BMT-nin uşaq fondu (YUNİSEF) Suriyanın İdlib şəhərində altı müəllim və 22 uşağın həlak olduğunu bildirib.


Adalet.az xəbər verir ki, bu barədə fondun icraçı direktoru Entoni Leykan təşkilatın saytına verdiyi açıqlamasında deyib.

O, müəllim və şagirdlərin məktəbin bombalanması nəticəsində vəfat etdiyini qeyd edib. Lakin xanım diplomat hadisənin nə zaman baş verdiyini açıqlamayıb.