adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Oktyabr 2016 11:12
4658
HADİSƏ
A- A+

Tələbə 7-ci mərtəbədən düşərək ölüb

Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin azərbaycanlı tələbəsi universitetin yataqxanasının 7-ci mərtəbəsindən düşərək ölüb.

Adalet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə dünən səhər baş verib.

Azərbaycan vətəndaşı, İmişli rayonunun Cəfərli kəndində anadan olmuş ikinci kurs tələbəsiAbbaszadə Emil Mahiroğlunun intihar etdiyi, yoxsa kimlərsə tərəfindən yüksəklikdən atıldığı hələlik məlum deyil.

Tələbə yoldaşlarının bildirdiyinə görə, onlar onun yataqxananın 7-ci mərtəbəsindən düşdüyünü görüblər. Lakin hadisənin motivi və təfərrüatları barədə məlumatları yoxdur.