adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Oktyabr 2016 19:47
7002
İQTİSADİYYAT
A- A+

“Brent”də brendlik qalmadı

Dünya bazarında "Brent” markalı neftin qiyməti yenidən 50 dollar/barel həddindən aşağı enib.

Adalet.az xəbər verir ki, qiymətin azalması bəzi neft ölkələrinin hasilatın azaldılması təklifi ilə razılaşmasından irəli gəlir.

Belə ki, oktyabrın 29-da OPEK-in keçirəcəyi iclasa dəvət alan Avropanın ən böyük neft hasilaçısı olan Norveç görüşə gəlməkdən imtina edib. Bundan bir neçə gün əvvəl isə İraq neft hasilatının azaldılması və ya dondurulması qərarını onun ölkəsinə aid edilməməsini xahiş edib.

Nəticədə, "Brent” markalı neftin 50 dollar/barel həddindən aşağı düşüb və hazırda 49,70 dollara satılır. Xatırladaq ki, "Brent” markalı neft oktyabrın 3-də 50 dollar/barel həddini üstələyib.