adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Oktyabr 2016 19:25
19734
KRİMİNAL
A- A+

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramil Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Adalet.az xəbər verir ki,  məhkəmənin hökmü ilə R.Mirzəyev 2 il sınaq müddəti olmaqla, şərti olaraq azadlıqdan məhrum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R. Mirzəyev 2010-cu ildə telefon vasitəsilə tanış olduğu Vəfa Xankişiyevaya subay olduğunu deyərək onunla ailə quracağını vəd edib, sonra isə ona fərdi ev tikdirmək adı ilə 18 000 manat pul alaraq mənimsəyib. Bundan başqa o, özünü "Azneft” İstehsalat Birliyinin Kadrlar İdarəsi rəisinin sürücüsü, həmin birlikdə xadimə işləyən həyat yoldaşı Aidə Tahirova isə birliyin direktorunun katibəsi kimi təqdim edərək Nail Əmirovdan onu ARDNŞ-in Qazaxıstanda Neft-Qaz Çıxarma İdarəsinə takelajçı vəzifəsinə təyin etdirəcəyini vəd etməklə, 3000 manat pul alıb.
Eyni üsulla Nihal Kazımovdan 5 min manat, onun dayısı oğlu Zahir Rəhimovdan 5500, N. Kazımovun dostu Şahin Əliyevdən 2600 manat pul alıb. Hər üç şəxsə onları "Azneft” İstehsalat Birliyində işə düzəldəcəyini vəd edib. R. Mirzəyev 2014-cü ildə telefon vasitəsilə tanış olaraq yaxın münasibət yaratdığı Natavan Xudayarova ilə qeyri-rəsmi ər-arvad kimi yaşayıb, guya özünün həbsdə olan evini həbsdən çıxarmaq adı ilə onun dəyəri 5500 manat olan qızıllarını mənimsəyib.