adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Oktyabr 2016 17:12
18677
ƏDƏBİYYAT
A- A+

Bulaşsın dərdlər palçığa - ŞEİRLƏR

Adalet.az gənc şair Orxan Saffarinin şeirlərini təqdim edir:

Yağış

Bu dəfə yağışa yazacam şeir
Qoy səni isidən bəndlərim olsun
Kaş ana təbiət eləsin sehir
kaş yuyulub gedən dərdlərim olsun...

Bulaşsın bu dərdlər bütün palçığa
Səndə bilmədən keçəsən ordan
Bir göyə baxasan, birdəki yerə
Mənim dərdlərimi seçəsən ordan...

Sonra uşaq kimi gələsən evə
Bütün üst başın dərdin içində
Anan kimi döyə kədərim səni
Səndə gizləsən qəlbim içində...

Elə gözəlsən ki

sən elə gözəlsən ki,
sənə gözəl deməyə dilim gəlməyir

sən elə gözəlsən ki,
gözəllər qədrini sənin bilməyir

sən elə gözəlsən ki,
gözəllik şam olub sənin qarşında

sən elə gözəlsən ki,
qalmayıb gözəllərin ağlı başında

sən elə gözəlsən ki,
çiçəklər açır səni görəndə

sən elə gözəlsən ki,
can alır insan səndən öləndə...


Qəzəl

Qırılıb lap camaat ölsə acından kimə nə?
Yoxdur zərrə qədər xeyrin umacağından kimə nə?

Lazım olan vaxtı səni görmədim yan yörəm
İndi qardaş de ginən ehtiyacından kimə nə?

Hər nə qədər danışsanda bizə qeyrətdən sən
Sonrada söyləyəsən fahişə bacımdan kimə nə?

Qoxla bəlkə küləkdən aldın yarın ətrini
Cananın cismi məndədirsə saçından kimə nə?

Mən şaham əyani əşrəfim mənim yanımdadır
Kimsə çün kölədir başda tacından kimə nə?