adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Oktyabr 2016 15:30
7220
MƏMLƏKƏT
A- A+

Azərbaycan qış rejiminə vaxtından əvvəl keçə bilər

"Havaların kəskin soyuduğu və ya istilərin tez düşdüyü vaxtlarda istilik mövsümü vaxtından əvvəl başlana və vaxtından əvvəl yekunlaşdırıla bilər”.

Adalet.az xəbər verir ki, bu sözləri "Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisiRafiq Əliyevdeyib.

O bildirib ki, qanunvericilikdə istilik mövsümü il ərzində 5 ay;noyabrın 15-dən aprel ayının 15-ə kimi, dağlıq rayonlarda isə 6 ay nəzərdə tutulub:

"Havaların kəskin soyuması davam edərsə, mənzillərə vaxtından əvvəl istilik verilməsinə baxıla bilər. Bu, qanunvericilikdə öz əksini tapıb. Havalar 10 gün dalbadal kəskin şəkildə soyuq keçərsə, istilik mövsümünün vaxtından əvvəl başlaması mümkün olacaq”.

Onun sözlərinə görə, "Azəristiliktəchizat”ın Bakı və regionlarda 550-ə yaxın qazanxana, 92 istilik məntəqəsi var və hamısı dapayız-qış mövsümünə hazır vəziyyətdədir.

"Mövsümə keçidlə bağlı tələbat olan obyektlər - xəstəxanalar, internat məktəbləri, doğum evləri müraciət etdikcə, istilik sistemini işlək vəziyyətə gətiririk, harada ki, əsasən, uşaqlar, qadınlar qalır.

Bu məsələlər əksər büdcə təşkilatları ilə "Azəristiliktəchizat”arasında bağlanan müqavilə ilə tənzimlənir. Bizim qurum həmin təşkilatla il ərzində 5 aylıq müqavilə bağlayır.

Çünki onlara büdcədən 5 aylıq limit nəzərdə tutulur. Əgər onlardan hansısa bizə müraciət edirsə, ödənişə təminat verildiyi halda, istilik verilir. Bizə təminat verilməlidir ki, istilik mövsümü vaxtından əvvəl başlayanda ödəniş olacaq. Axı biz qazın, suyun, işığın da pulunu ödməliyik. Ona görə də müraciətlərə fərdi qaydada baxılır.

Qeyd edim ki, ötən il də həmin obyektlər noyabrın əvvəlindən istiliklə təmin olunmuşdu”. Qurum rəsmisi bildirib ki, istilik mövsümünün başlaması təkcə "Azəristiliktəchizat”la bağlı deyil:

"Birincisi, istilik sisteminin işə salınması Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamından asılıdır. Bundan başqa, həmin 550 qazanxana işə düşəndə paralel olaraq "Azəriqaz”da öz qaz xətlərində tənzimləmə işləri aparmalıdır.

"Azərişıq”ın istilik-enerji mərkəzi var, hansı ki, istilik enerjisinin əhəmiyyətli hissəsini onlardan alırıq.Yəni istilik sisteminin işə düşməsi tək "Azəristiliktəchizat”la həllini tapmır”.