adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Oktyabr 2016 15:20
7136
SİYASƏT
A- A+

OBAMANIN SÖZÇÜSÜ ÇÖRƏYİ QIRIQ-QIRIQ ELƏDİ Kİ, BİZ PYD-ni SİLAHLANDIRMIRIQ

ABŞ Türkiyəni məcbur edirdi ki, İŞİD-ə qarşı mübarizədə PKK-nın Suriya qolu olan PYD ilə birgə hərəkət etsin. Sayın Ərdoğan da buna bərk təpki göstərdi, hətta Türkiyə Silahlı Qüvvələri PYD-nin şimali Suriyadakı qərargahlarını darmadağın etməyə başladı və bir çox yerlərdən vurub çıxartdı.

ABŞ bu məsələdə Türkiyənin qabağından geri çəkilməyə məcbur oldu. Dünən də Obamanın sözçüsü Ağ Evdə keçirdiyi mətbuat konfransında çörəyi qırıq-qırıq edib and içirdi ki, biz PYD-yə silah-sursat vermirik.