adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Oktyabr 2016 22:25
11917
ŞOU-BİZNES
A- A+

Məşhur türk müğənnisini həbs gözləyir

Müğənini Sıla və onu təhqir edən həmkarı Davud Güloğlu arasında məhkəmə prosesi baş tutub.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Yenikapı" mitinqinə qatılmayaraq "Mən şouda iştirak etməyəcəm" deyən Sılanı təhqir edən Davuda 2 il yarımlıq həbs cəzası istənilib.

Sıla ifadəsində dediyi "şou" sözünün izahını verib. O, 15 iyul hərbi qiyamdan əvvəl Fətullah Gülən və onun adamlarının yanında olan insanları tənqid etdiyini deyib:

"Sözüm keçmişdə bu təşkilatla əlaqəsi olan, onların tədbirlərində iştirak edən və özünə mənfəət güdən, qiyam cəhdindən sonra isə ortaya çıxıb səmimiyyətsiz şəkildə şou yaradanlaradır... Bu adamlar həyatlarının heç bir anında "demokratiya" sözünü yada salmayıblar. Əgər xain qiyam cəhdi baş tutsaydı, bunlar ortalığa çıxıb onları tərifləyəcəkdi".

D.Güloğlu isə sözlərində Sılanı nəzərdə tutmadığını, cümləsini "vətəninə xidmət etməyənlər" şəklində qurduğunu bildirib.

Lakin araşdırmadan sonra Davudun o sözləri Sılanın açıqlaması barədə suala cavab verərkən işlətdiyi sübut edilib. Prokuror Güloğluya 2 il yarımlıq cəza istəyib.

Məhkəmə davam etdiriləcək.