adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Oktyabr 2016 12:21
6788
MƏMLƏKƏT
A- A+

“Rəhmətliyin oğlu, indiyə ana-bacı qalar?”

Bakıda yağış yağması sürücülərin mədəniyyətini də üzə çıxarır. Yollarda kanalizasiya sisteminin normal işləməməsi gölməçələr yaratmaqla bərabər sürücülərin köməyi sayəsində səkilərə də təmas edir. Vay o piyadanın halına ki, həmin səkiyə pənah gətirsin. Qəfil yanından yağışa məhəl qoymadan sürətlə şütüyən avtomobilin üstünə səpələdiyi su artıq səni başdan yağa kimi isladacaq. Təəssüf ki, paytaxtda atomobil çox olduğu üçün mədəniyyətsiz sürücülərin də sayı çoxdur. Belə bir əhvalat var. Güclü yağış yağan günlərdən birində bir piyada yolun kənarında dayanarkən avtomobil həmin piyadanın isladır. Bu zaman vicdanı əl verməyən sürücü bu hadisədən sonra avtomobilini saxlayıb düşür və yaxınlaşır həmin islatdığı şəxsin yanına ki, bəs qardaşımsan bağışla islatdım səni, dedim birdən arxamca ana-bacı söyüşü söyüb edərsən. Piyada isə cavabında qayıdıb nə desə yaxşıdır: "Rəhmətliyin oğlu, indiyə ana-bacı qalar?”

Təbii ki, piyadanın da təhqirə yol verməsi normal hal deyil, o da bir mədəniyyət göstəricisidir. Lakin şəhərimizdə hələki 5 sürücüdən 1-i maşını pis idarə edirsə, digər 4-ü yaxşı idarə edir. Gərək biri dördündən nümunə götürə.

Rüfət