adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Oktyabr 2016 13:21
8115
ƏDƏBİYYAT
A- A+

Fərid Hüseynin yeni kitabı təqdim olunacaq

Gənc şair Fərid Hüseynin "Bir də heç vaxt” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçiriləcək. Adalet.az-ın məlumatına görə tədbir 29 oktyabr (şənbə günü) saat 14:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

"ATV kitab” seriyasının bu yeni nəşrinə şairin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb.

Nəşr mövzu rəngarəngliyi ilə də seçilir: "Şəhərlər, şeirlər”, "Liriklər və antiliriklər”, "Qəlbin tərbiyə dərsləri”, "Müharibə”, "Minimalist şeirlər” adlı bölmələrdə bir-birindən maraqlı poetik nümunələr yer alıb. Nəşrdə fərqli, adilikdən çıxmış forma və düşüncə kombinasiyaları, onların realizəsi bədii fikrin mümkün imkanları ilə oxuculara çatdırılır.

Kitab "Parlaq imzalar” nəşriyyatı tərəfindən çap olunub, nəşrin redaktoru şair Səlim Babullaoğludur.

Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən www.parlaqimzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiz.