adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Oktyabr 2016 15:45
8454
İDMAN
A- A+

Millimiz İngiltərəyə uduzdu

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

Adalet.az-ın məlumatına görə, yığmamız İngiltərə ilə qarşılaşıb. Rumıniyanın Buftea şəhərindəki Futbol mərkəzində keçirilən görüşdə millimiz 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-i Avstriyaya qarşı keçirəcək.

Avropa çempionatı, seçmə mərhələ, VI qrup

20:00. İngiltərə - Azərbaycan - 2:0

Qollar:Angel Gomes, 16, Jadon Sanço, 23
Baş hakim:Fyodor Zammet (Malta)