adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Oktyabr 2016 09:22
5775
MƏMLƏKƏT
A- A+

Yağışlı hava davam edəcək

Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11° isti olacaq.

Oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacaq.