adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Oktyabr 2016 22:08
7106
DÜNYA
A- A+

Gürcülərlə ermənilər arasında qanlı insident baş verib

Ukraynanın Melitopol şəhərində ermənilərlə gürcülər arasında silahlı insident baş verib.

Məlumata görə, şəhər mərkəzindəki "Coker" kafesinin yaxınlığında 6 nəfərin mübahisəsi atışma ilə nəticələnib.

İnsident nəticəsində iki nəfər ölüb. Onlardan birinin erməni, digərinin gürcü olduğu bildirilir.

Hadisənin qadın üstündə törədildiyi bildirilir. Tərəflər bir-birinə tapançalardan atəş açıb. Ölənlər Zurab Onanizi və Staqis Badesaryandır.