adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Oktyabr 2016 20:00
8703
MARAQLI
A- A+

Barbiyə oxşamaq üçün 245 min dollar xərcləyən 4 övlad anası

Şotlandiyanın Kambernuld şəhərində yaşayan Amanda Lavbelə deyir.

4 övlad anası, 39 yaşlı Amanda Lavın sözlərinə görə, Barbi gəlinciyinə bənzəmək üçün indiyədək dəfələrlə plastik cərrahiyyə əməliyyatına məruz qalıb.

O, indiyədək əməliyyatlara 245 min dollardan artıq pul xərcləyib.

"Uşaqlıq və yeniyetməlik illərimdə Barbi gəlinciyi ilə oynamağı çox sevirdim. Sonra "Baywatch" teleserialına baxdım, Pamela Anderson kumirim oldu. Barbiyə, Pamelaya oxşamağa qərar verdim", - Amanda Lav söyləyib.

Amanda Lavın üç övladı var. 18 yaşlı Teqan onun ilk nikahında, 14 yaşlı Loqan, 7 yaşlı Kruz və bir yaşlı Keş isə kran operatoru Pol Suinni ilə indiki nikahda dünyaya gəliblər.

İki yeniyetmə qızı və iki kiçik oğlu olan ananın sözlərinə görə, yaşından gənc görünməyi sevir.

Amandanın böyük qızı Teqan deyir: "İnsanlar çox vaxt anamı bacım sayırlar. Hətta məktəbdə də ilk-əvvəl elə bilirdilər ki, anam böyük bacımdır".

Əvvəllər model olmuş Amanda Lavın sözlərinə görə, əməliyyatlarını davam etdirəcək.