adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 Oktyabr 2016 18:41
4821
MƏMLƏKƏT
A- A+

Bir neçə rayonda qaz olmayacaq

Oktyabrın 26-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yaşma” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Adalet.az SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.