Rəssam Fərhad Xəlilov “Şərəf” ordeni ilə təltif edildi
Azərbaycan Prezidenti İlham Əliyev Fərhad Xəlilovun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan rəssamlıq məktəbinin inkişafında xidmətlərinə görə Fərhad Qurban oğlu Xəlilov "Şərəf” ordeni ilə təltif edilsin.