adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Oktyabr 2016 17:17
6119
GÜNDƏM
A- A+

Yağışdan çıxıb yağmura düşənlər

Avropanın inkişaf etmiş dövlətlərindən birində qaçqınlar üçün çadır şəhərciyi yerləşir. Facebook sosial şəbəkəsində Avropada yaşayan azərbaycanlı Kəmalə Məmmədova şahid olduğu mənzərə haqqında təəssüratlarını bölüşüb. 90-cı illərdə Yevlaxda yerləşən çadır şəhərciyi ilə müqayisə aparan həmvətənimiz indi Azərbaycanda belə şəhərciyin olmadığı dövrdə Avropnın ən inkişaf etmiş iki ölkəsini sərhəddində yerləşən Kaley (Fransa ilə İngiltərənin sərhəddində yerləşir) şəhərində qaçqınlar üçün sığınacaq olduğunu və burada qaçqınların necə yaşadıqlarını yazıb. O deyir ki, çadır şəhərciyindən keçən yollarda maşın yolu ilə yol boyu məftillər çəkilib, tikanlı məftillər kimi, qaçqınlar İngiltərəyə keçən yük maşınlarının ya gizlincə içinə girib, ya altına bağlanıb heyatlarını təhlükəyə atırlar.

İndi həmin yerlərin sökülməsinə başlanılıb. Əsas məsələ isə ondan ibarətdir ki, sökülən çadırların köhnə sakinləri Almaniyada kamplara göndəriləcəklər. Həmyerlimiz bu məsələyə xüsusilə toxunaraq deyib ki, kamplar da heç də çadır şəhərçiklərindən geri qalmır. Yəni, "burdan çıxıb ora gedənləri" gül-çiçəklə qarşılamayacaqlar. Avropada yaşayan bəzi Azərbaycan vətəndaşlarının qaçqınların Avropada pul qazanması ilə bağlı çağırışlarını qeyri-dürüstlük adlandırıb. Yəni Avropaya köçməklə hər şey bitmiş hesab edilmir. "Sırf qaçqın kimi çox çətinliklər var". - Sitatın sonu.


Rüfət Soltan