adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

GÖBƏLƏKDƏN DƏ ZƏHƏRLƏNƏNLƏR VAR…

9266 | 2016-10-25 15:45

Bir çoxlarımızıngöbələkdən çox xoşu gəlir. Xüsusən dəpayız mövsümündə deyilənlərə görəgöbələyin özgə bir dadı, ləzzətiolur. Ona görə «deyilənlərə görə» ifadəsiniişlədirik ki, bu sətirlərinmüəllifi ömründə göbələk yeməyib. Ən azından ona görə ki,tez-tez göbələkdən zəhərlənmə iləbağlı xəbərlər alırıq.

Bizim evdə göbələklə bağlı tez-tez mübahisələr də olur, çünki oğlumla həyat yoldaşım göbələyi həddənçox xoşlayırlar.

Bir dəfə mən evdəolmayanda onlar gedib göbələk alıbbişiriblər, sonra da yeyiblər.Xeyli vaxt keçib özlərini pishiss ediblər. Qonşular təcili yardımçağırıblar və həkimlər də onlara zəhərlənmə diaqnozu qoyub. Birtəhərçətinliklə də olsa onlarıxilas edə biliblər. Rayondangələn kimi bu xəbəri eşitdim və cin vurdubaşıma. Dişimin dibindəngələni onlara dedim və o vaxtdan dagöbələk yeməyi qadağan elədim.Hətta toylarda belə «prestijli» şadlıq saraylarında göbələk təklif olunanda ondan həyatyoldaşım vaz keçməli olur. Görür ki,göbələk gələn kimi dodağımıgəmirirəm. O da qırımımı hissedib başqaları kimi əlini stolauzadıb göbələk yemir.

Elə bil bir qədərmətləbdən uzaqlaşdıq. Axıgöbələkdən danışırdıq. İndi də payız mövsümüdür və göbələkdən istifadə edənlər daha çoxdur. Mütəxəssislər deyir ki,göbələyi tanımadan yeməkdüzgün deyil. Guya hansı alıcıaydınlaşdıra bilər ki, satılano göbələk zəhərlidir, yoxsa zəhərli deyil. Təbii ki, bunu ən azıgöbələkdən başı çıxanlar müəyyənləşdirmək imkanlarınamalikdirlər.

Bir neçə gün bundanəvvəl Tovuzun kəndlərinin birində ər və həyatyoldaşı həyətlərindən yığdıqlarıgöbələyi bişiriblər və stol arxasında əyləşib rahat onuyeməyə başlayıblar. Göbələkhəzmi-rabedən keçəndən sonraözlərini pis hiss edirlər.Yəni vəziyyətləri ağırlaşıb. Təcili onları rayonmərkəzi xəstəxanasına aparıblar və həkimlərin operativmüdaxiləsindən sonra ər və arvadıhəyata qaytarmaq mümkünolub. Ancaq həkimlərin dediyinəgörə, onların vəziyyəti hələ də orta ağırqiymətləndirilir. Düzdür,həyatları üçün mövcudtəhlükə ötüşüb, amma fasiləsizmüalicə lazımdır ki,zəhərlənmənin fəsadları tez bir zamanda aradan qaldırılsın.

Göbələk iki cür yetişir. Biri təbii yolla, digəri isə süni üsullarla. Yəni loru dildə desək, dava-dərmanla. Bakıdada səhveləmiriksə, göbələk istehsalı ilə məşğul olan istehsalatsahələri mövcuddur. Onlar istehsal etdikləri göbələklərimağaza və marketlərə, hətta şadlıq sarayına göndərir, məhsulun keyfiyyətinə zəmanət də verirlər. Yəni hərhansı zəhərlənmə halı baş verersə buna görə müəssisə başı ilə cavabdehdir.Lakin həmin məhsullar da köhnələndə vəqaralanda təhlükə mənbəyinə çevrilir.Ona görə bu məhsullar vaxtındamağazaların vitrinlərindənyığışdırılır.

Ancaq ən böyük təhlükə mənbəyi təbii yolla yetişən göbələklərdir. Bu göbələklər ən çox Hacıqabulrayonunda, Bakı-Qazax avtomobil yolunun sol hissəsində kimlərsə tərəfindən vedrələrəyığılır və yolun kənarınaqoyulub satılır. Bir çox göbələk həvəskarları onu çox böyükmaraqla alırlar və göbələyin dadındanxüsusi həvəslə danışırlar.

Göbələyi satanlar deyirlər ki, bizim satışa çıxardığımız göbələkdən hələ zəhərlənən olmayıb. Sadəcə olaraq, göbələyiyığan adam zəhərli göbələklə normalgöbələyi tanımalıdır. Biz də hərşeyi dəqiqliklə bilirik. Elə ki, gördük göbələyin kənarı qaraldı, onu satmırıq və tullayırıq.

Bəs belə çıxır ki, göbələkdən zəhərlənmə halları göydən gəlib düşür? Ümumiyyətlə, insanlartanımadığı adamlardan və yerlərdən göbələk almamalıdırlar. Çünki göbələk özü «bomba» kimi bir şeydir. Əgərdigər göbələklərin arasında bir zəhərli göbələk olsa kifayətdir ki, ondan bir ailənin bütünüzvləri yeyən zaman zəhərlənsinlər. Bu mənada hər bir kəsdiqqətli olmalı və göbələyialarkən onun zəhərli olub-olmamasına diqqət yetirməlidir. Əks təqdirdə,belə göbələklərdən hər an zəhərlənmək olar.


TƏQVİM / ARXİV