adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Oktyabr 2016 15:25
12383
MƏMLƏKƏT
A- A+

Tahir Əmiraslanov, qadanı alaram və yaxud İndoneziya dolması

Bəli, deyirik ki, dolma bizim millətə məxsusdur. Çox gözəl və Abşeronda möhtəşəm bir dolma festivalı keçirtdik. Dünyadan da töküldülər gəldilər bu festivala və festivalın da qalibi indoneziyalılar oldu. Heç demə, bizim bu milli dolmamızı indoneziyalılar bizdən yaxşı bişirirmiş. Həmin gündən bərk dilxoram.

Hörmətli Tahir müəllim (Tahir müəllimi təqdim etməyə ehtiyac yoxdur), qadanı alım, növbəti dəfə dolma festivalı keçirəndə əvvəlcədən mənə də xəbər elə. Mənim bir nənəm var, özü də qədim xanımlardandı, yeddiqat tuman geyinənlərdəndi. Onu gətirim festivala, bir iyirmi cürə dolma bişirsin ki, beş barmağının beşini də yala. Həm çempion özümüz olaq, həm də nənəm qaçqın adamdı, beş-on manat irəli düşsün.

İphone 7 almaq istəyir. Mənə neçə dəfə deyib, qorxuram ki, cavanlıq şəkilin qoyar, bizi biabır edər. Ona görə almıram. Alırsa, qoy özü alsın, günah məndən getsin.