adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Oktyabr 2016 18:38
5377
DÜNYA
A- A+

Suriya ordusu Hələbdə strateji yüksəkliyi ələ keçirib

Suriya ordusunun və silahlı dəstələrin döyüşçüləri Hələb şəhərində Bazza yüksəkliyini yaraqlıların nəzarətindən azad ediblər.  

Adalet.az xəbər verir ki, bu barədə RİA Novosti dəstələrdə olan mənbəyə istinadən məlumat yayıb. 

"Hücum uğurla davam edir. Daha bir yüksəklik alınsa, yaraqlılar 1070 kvartalında mühasirədə qalacaqlar”, - agentlik həmsöhbətinin sözlərindən sitat gətirib. 

Məlumata görə, Bazza yüksəkliyindən 1070 kvartalının böyük hissəsinə nəzarət edilir. Hökumət qoşunları hücum çərçivəsində Hekme yüksəkliyini ələ keçirərək həmin kvartalda olan yaraqlıların təchizat yollarını kəsmək istəyirlər.