adalet.az header logo
  • Bakı 18°C
24 Oktyabr 2016 17:39
7334
İQTİSADİYYAT
A- A+

Turistlər bu şəhərlərə gedəcək - SİYAHI

"Airbnb” saytı turistlər üçün ən ucuz mənzil təklif edən Avropa şəhərlərinin siyahısını hazırlayıb.

Adalet.az sey-yah.com-a istinadən xəbər verir ki, siyahıda ilk sıranı Gürcüstanın paytaxtı Tbilisi tutub. İkinci yerdə Serbiyanın paytaxtı Belqrad, üçüncü yerdə isə Türkiyənin ən böyük şəhəri İstanbul qərarlaşıb.

Ən ucuz mənzil təklif edən 10 Avropa şəhərini təqdim edirik:

- Tbilisi, Gürcüstan – 30 dollar (gecəsi – red.)

- Belqrad, Serbiya – 33 dollar

- İstanbul, Türkiyə – 33 dollar

- Selaniki, Yunanıstan – 34 dollar

- Sofiya, Bolqarıstan – 34 dollar

- Buxarest, Rumıniya – 34 dollar

- Sankt-Peterburq, Rusiya – 35 dollar

- Kiyev, Ukrayna – 35 dollar

- Zaqreb, Xorvatiya – 39 dollar

- Varşava, Polşa – 39 dollar