adalet.az header logo
  • Bakı 18°C
24 Oktyabr 2016 17:14
4826
MƏMLƏKƏT
A- A+

Qubada “Təmiz ekologiya – sağlam gələcək!”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Yusif Musayev tərəfindən "Təmiz ekologiya – sağlam gələcək!” layihəsi icra olunur.

Layihə çərçivəsində Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə tədbir təşkil olunub.

Tədbirdə Y. Musayev çıxış edərək iştirakçılara layihənin məqsədi və donoru haqqında məlumat verib. Bildirib ki, layihənin Quba şəhərində icrası təsadüfi deyil, belə ki respublikamızın gəzməli və istirahət yerlərindən olan Qubada ətraf mühitin qorunması prioritet məsələdir.

Sonra layihənin eksperti şagirdlərə ekoloji problemlərin həlli istiqamətində aparılan işlər, İDEA İctimai Birliyi tərəfindən keçirilən ekoloji aksiyalar haqqında geniş məlumatlar verib.

Sonda şagirdlərə layihə çərçivəsində nəşr etdirilmiş maarifləndirici bukletlər paylanılıb və şəkillər çəkdirilib.