adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Oktyabr 2016 22:13
8785
ŞOU-BİZNES
A- A+

Xalq artistindən müğənnilərə sərt sözlər

"Sənin nə ixtiyarın var özündən böyük ifaçını görməyəsən? O müğənnilər başları dik gəzirlər, ayaqlarının altını görmürlər”.

Bu sözləri xalq artisti Nisə Qasımova "10-dan sonra” verilişində deyib.

Müğənni toylardan birində ifaçılar Eldəniz Məmmədov və Zenfira Məmmədovanın ona qarşı etdikləri hərəkətə əsəbiləşib:

"45 il ərzində özümü heç bu ilki kimi danlamamışdım. Fırlanıram gözüm gözlərinin içinə baxır, guya məni görmürlər. Biri yalandan telefonla oynayır, o biri də guya eşitmir, görmür. Halbuki onları həmişə mən qarşılayıb, qucaq açmışam. Sən kimsən? Uzaqdan baxıb, "salam” deyə bilməzsən? Tərbiyəsi, əxlaqı odur. Elə üzrlər var ki, onu qəbul etmək istəmirəm”.