adalet.az header logo
  • Bakı 19°C
24 Oktyabr 2016 17:00
4898
MƏMLƏKƏT
A- A+

17 yeni QHT qeydiyyata alındı

Bu günlərdə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasına üzv olan daha 17 QHT dövlət qeydiyyatına alınıb.

Bu barədə məlumatı Adalet.az saytına Hökumət-Vətəndaş dialoqu platformasının koordinatoru, MSŞA Koalisiyasının Şura üzvü Əlmməmməd Nuriyev verib.

Ə.Nuriyevin sözlərinə görə, MSŞA-nın problemlərinin həlli istiqamətində aparılmış dialoq öz bəhrəsini verib. Belə ki, koalisiya üzvü olan daha 17 QHT dövlət qeydiyyatına alınıb. Eyni zamanda, MSŞA Koalisiyasının üzvü olan bütün problemli təşkilatların qrantlarının qeydiyyatı həllini tapıb, bank hesablarındakı həbs və vergi sanksiyaları götürülüb.