adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Oktyabr 2016 17:18
7722
MƏDƏNİYYƏT
A- A+

Caz ifaçılarının konserti keçirildi

Heydər Əliyev Sarayında istedadlı yerli gənc caz ifaçılarının konsert proqramı təşkil olunub.

Sarayın mətbuat xidmətindənAxşam.az-a bildirilib ki, "jAzzeri Bands” caz musiqisi axşamında Mikayıl Rəfiyev və Excellent Music Band, Diana Hacıyeva və DiHaj, Cəmilə Haşımova və Jazzers Band, Nərmin Kərimbəyova və Freedom Band iştirak ediblər.

Caz ifaçıları konsertdə öz repertuarlarından sevilən caz musiqiləri və yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndiriblər.