adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Oktyabr 2016 15:07
8478
ŞOU-BİZNES
A- A+

“Namiq hər şeyimi əlimdən aldı”- Aygün Kazımovadan etiraf

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımovanın bağını əlindən alıb.

Bu haqda A.Kazımova "ATV maqazin onlarla” verilişində deyib. Sənətçi bu bağı bir yerdə yaşadıqları zamanı tikdirdiyini etiraf edib:"Bu haqda çox danışmaq istəmirəm. Doğrusu, bu bizim aramazda məxfi söhbətlərdir. Düzdür, haqsızlıqlar olub. Namiq bağımı aldı. Namiq elə həyasızdır ki, hər şeyimi aldı əlimdən. Bunu biz bərabər etmişdik. Namiqə qismət oldu hamısı”.

Namiq Qaraçuxurlunun koməkçisi isə açıqlamasında bildirib ki, N.Qaraçuxurlu hazırda Bakıda yoxdur:"Namiq Qaraçuxurlu şəhərə gələn kimi bu məsələyə aydınlıq gətirəcək”.