adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Oktyabr 2016 13:20
8737
DÜNYA
A- A+

Avropa İttifaqı rəsmiləri təyyarə qəzasına düşdü: 5 ölü - YENİLƏNİB

Yayılan ən son məıumata görə, hadisə nəticəsində ölən şəxslər Fransa vətəndaşlarıdır.

Məsələyə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini "Twitter" səhifəsində münasibət bildirib.

O, ölənlərin Aİ-nin məmurları olması haqda məlumat təkzib edib: "Bu uçuşun Avropa İttifaqının fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur".

***

11:52

Avropa İttifaqının məsul şəxslərini aparan yümgül motorlu təyyarə Maltada qəzaya uğrayıb.

Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə baş verən zaman təyyarənin göyərtəsində 5 nəfər olub.

Məlumata əsasən təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltadan Liviyanın Misrata şəhərinə aparmalı işim. Havaya qalxandan sonra qəzaya uğrayıb və yerə düşüb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.