adalet.az header logo
  • Bakı 12°C
24 Oktyabr 2016 22:22
6814
HADİSƏ
A- A+

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Gəncə şəhərində həmyerlisini bıçaqlayan şəxs tutulub.

Adalet.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 22-də naməlum şəxs tərəfindən Gəncə şəhər sakinləri Abdulla Paşayev və Şair Kərimov bıçaqlanıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.


Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Paşayevi və Ş.Kərimovu bıçaqlayan şəxsin şəhər sakini Məcid Süleymanov olduğu müəyyən olunub. O, tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.