Yağışlar ara vermir…

FAİQ QİSMƏTOĞLU
311488 | 2016-10-24 12:50

Bir neçə həftədir ki, respublikamızınərazisinə fasiləsiz olaraq yağışlar yağır.Təbii ki, yağışların yağması da sakitlikləötüşmür və müxtəlif fəsadların yaranmasınagətirib çıxarır. İlk növbədə fasiləsiz yağışlarınyağması indiki şəraitdə meyvəçiliyə çox böyük mənfi təsir göstərir. Bununla bağlı Qubada yaşayan fermerləröz narahatlıqlarını bildirirlər. Aydındırki, yağışın yağması təbii bir prosesdir. Heç kim öncədən deyəbilməz ki, yağış nə vaxt yağacaq vənə vaxt da kəsəcək. Düzdür, hidrometeroloqlar bu barədəkifayət qədər məlumatlıdırlır və əhaliyədə mütəmadi olaraq məlumatlar verirlər.

Ancaq di gəlki, hələ dünyada elə bir qüvvə yoxdur ki, yağan yağışınqarşısını alsın, yaxud da onu dayandırmaqgücünə malik olsun. Əlbəttə, belə bir şəraitdəistər-istəməz əkin-biçin və təsərrüfatişləri ilə məşğul olan insanlar olmazın əziyyətləriilə üzləşirlər. Elə qubalıfermerlər də onu bildirirlər ki, bizəzab-əziyyətlə alma bağlarında çoxlu meyvəyetişdirmişik. Payız mövsümü gələndəbiz bu meyvələri dərməyə başlayırıq.Ancaq indi görürük ki, fasiləsiz yağan yağışlar meyvələrdəmüxtəlif xəstəliklər yaradır. Üstəlik də bu cür mürəkkəb iqlim şəraitində alma bağlarında meyvələri yığmaq çox müşkül məsələyə çevrilir.

Qubalı fermerlər onu da bildirirlər ki, ilboyu əzab-əziyyətlə yetişdirdikləri almanı əvvəlki kimi alan yoxdur. Bir vaxtlar onu Rusiyaya və digər şəhərlərəçox asanlıqla apara bilirdik. Amma indi yaradılan çətinlik və problemlə əlaqədarmeyvələri Rusiyaya da göndərməkdə çətinliklər yaşayırıq. Belə də olanda bizim meyvələri alverçilərsu qiymətinə alırlar. Biz ilboyu tər töküb, əziyyət çəkib almayetişdiririk, onun xeyirini isə alverçilər görürlər.

Təbii ki, əzab-əziyyətlə məhsul yetişdirən insanları qınamaq olmaz. Çünki onların mürəkkəb havaşəraitində becərdikləri almanı, armudu,üzümü, narı müxtəlif alverçilər çoz ucuzqiymətə alırlar. Bayaq dediyimiz kimi, əziyyətçəkən qalır qıraqda, bir başqası onun xeyirinigörür.

Meyvəçilər onu da bildirirlər ki, alma bağlarında yaranmış xəstəlik ağacların da məhv olmasına, qurumasına münbit şərait yaradır. Biz od qiymətinə dərman alırıq, gətirib onu bağlardakı ağaclara səpirik, bunun da o qədər keyfiyyəti olmur. Yəni dava-dərman istədiyimizeffekti vermir. Bizim əldə etdiyimiz gəlir yetişdirdi yimizməhsulun heç maya dəyərini çıxarmır. Bu cür anları və çətinlikləri görəndə istər-istəməz əlimiz-qolumuz iş-gücdən soyuyur. Amma nə edək? Çörəyimiz həmişə meyvəçilikdənçıxır. Başqa iş əlimizdən gəlmir. Yaxşı olardı ki,meyvəçiliklə bağlı mövcud problemlər aidiyyatıqurumlar və o cümlədən Kənd TəsərrüfatıNazirliyi tərəfindən həllinitapaydı. Əgər biz zəhmət çəkib meyvə becəririksə, demək onun da satışında əziyyətlə-əzabla üzləşməli olmamalıyıq. Ən azından ona görə ki, hökumət və müxtəlif qurumlarmeyvələri gəlib Sovet dönəmindəki kimi bağlardan alsalar bizim dəhəm canımız dincələr, həm də çörək pulumuz çıxar. Üstəlik də əvvəllər Qubada və Xaçmazda fəaliyyət göstərən konserv zavodları vardı, biz meyvələrin əksəriyyətinihəmin konserv zavodlarına təhvil verərdik və sonra da asanlıqlapulumuzu alardıq.

Hər halda çətingünün ömrü az olar. Onsuz da hökumət və dövlət kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük layihələr həyatakeçirir. Ölkə prezidenti cənab İlham Əliyev də kənd təsərrüfatının inkişafetdirilməsinə böyük önəm verilməsini sahibkarların və əlaqədar qurumların nəzərinə çatdırıb. Deməli, günlərin bir günündə sahibkarların yetişdirdikləri məhsullarçox asanlıqla dövlət tərəfindən alınacaq, satışa çıxarılacaq, mövcud problemlər öz həllini tapacaq,meyvəçilər isə halal qazanclarının bəhrəsini görəcəklər. Amma hələ ki, yağışlaryağır və meyvəçilər də müəyyən çətin anlar yaşayırlar.


TƏQVİM / ARXİV