adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Oktyabr 2016 14:22
5716
DÜNYA
A- A+

Türkiyə ordusu Suriyada İŞİD və PKK-nın mövqelərini məhv edib

"Fərat qalxanı” əməliyyatının 61-ci günündə Suriyanın şimalında İŞİD terror təşkilatının səkkiz, PKK terror təşkilatının isə 51 mövqeyinə zərbələr endirilib.

Adalet.az-ın "Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, əməliyyat çərçivəsində xüsusi təyinatlı dəstə Mare şəhərinin cənubunda Şeyx İsa, Harbul və Maarat rayonlarının PKK terrorçularından azadedib. Döyüşlər zamanı üç yaraqlı zərərsizləşdirilib.

Türkiyə HHQ isə Cubban və Burc rayonlarında İŞİD terror təşkilatının mövqelərini bombalayıb. Əməliyyat zamanı 11 ekstremist öldürülüb, terrorçuların gizləndiyi dörd tikili məhv edilib.