adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Oktyabr 2016 21:30
5480
GÜNDƏM
A- A+

İlham Əliyev macar həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə təbrik məktubu göndərib.

Adalet/az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycanla Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və tərəqqi arzulayıram”.