adalet.az header logo
  • Bakı 20°C
22 Oktyabr 2016 13:57
6361
GÜNDƏM
A- A+

Müdafiə Nazirliyi yenə erməni yalanlarını ifşa etdi

"Cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan təbliğatı tərəfindən ortaya atılan və bəzi yerli, eləcə də xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar məqsədyönlü xarakter daşıyır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

"Bir daha bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələr vasitəçilərin təşəbbüsü ilə əldə olunan bütün razılaşmalara dəqiq riayət edir və Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır.

Qarşı tərəfin cəbhə xəttindəki son vəziyyətlə bağlı yaydığı dezinformasiyalar Ermənistandakı daxili hərbi-siyasi gərginlikdən qaynaqlanır və danışıqlar prosesinin pozulmasına, eləcə də törədəcəkləri təxribatlar üçün zəmin yaradılmasına hesablanıb.

Bəyan edirik ki, Silahlı Qüvvələrimizin bölmələri atəşkəs rejiminə ciddi əməl etməklə düşmən tərəfinin istənilən fəaliyyətini nəzarətdə saxlayır və təxribatların qarşısının alınması məqsədilə bütün tədbirləri görməyə tam hazırdır”, - məlumatda vurğulanıb.