adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Oktyabr 2016 22:55
19964
KRİMİNAL
A- A+

Sevdiyi qıza görə qollarını kəsdi

Bakının Səbail rayonunda 20 yaşlı oğlan intihara cəhd edib.

Üzeyir Hacıbəyli küçəsi 21, mənzil 17-də yaşayan 1996-cı il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu hamam otağında iki qolunun damar nahiyəsini kəsib. Çoxlu qan itirən V.Abdullayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

V.Abdullayev ilkin tibbi yardımdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində bildirib ki, o sevdiyi qız üçün intihara cəhd göstərib.

Faktla bağlı araşdırma aparılır.