adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Oktyabr 2016 11:27
5722
MƏMLƏKƏT
A- A+

Bağça müdirlərinin çoxunun ali təhsili yoxdur - Statistika

2016-ci ilin əvvəlinə olan məlumata görə, ölkə ərazisində 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 66-ı qeyri-dövlət məktəbəqədər təhsil müəssisələri, 1656-ı isə dövlət məktəbəqədər təhsil müəssisələridir.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrindəki uşaqların ümumi sayı 117239 nəfərdir ki, bunun 114842 nəfəri (onlardan 53178 nəfəri qız) dövlət bağçalarında, 2397 nəfəri (onlardan 1109 nəfəri qızlar) özəl bağçalarda oxuyur.

Özəl bağçalarda uşaqların 21 nəfəri, körpələr evləri-uşaq bağçaları, 42 nəfəri, uşaq bağçaları, 2 nəfəri, məktəb-uşaq bağçaları 1 nəfəri xüsusi məktəb-uşaq bağçalarında təhsil alır.

Statistikaya əsasən şəhər yerlərində 939 dövlət bağçası, kənd yerlərində isə 717 dövlət bağçası fəaliyyət göstərir.

Şəhər yerlərində dövlət bağçalarında 85990 uşaq, kənd yerlərində dövlət bağçalarında isə 28852 uşaq yerləşdirilib. Uşaqların (1-5 yaşlı uşaqların ümumi sayına nisbətən) dövlət məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyi şəhər yerlərində 21 faiz, kənd yerlərində isə 6,8 faizdir.

Dövlət bağçalarında işləyən 15331 pedoqoji işçinin 31,6 faizi ali, 0,3 faizi natamam ali, 61 faizi orta ixtisas, 7,1 faizi isə tam orta təhsillidir. 1656 dövlət bağça müdirlərinin 66 faizi ali, 0,3 faizi natamam ali, 31,9 faizi orta ixtisas, 1,8 faizi tam orta təhsillidir.

Özəl bağçalardakı müdirlərin 98,4 faizi ali, 1,6 faizi orta ixtisas təhsillidir. Ötən il dövlət və özəl bağçalarda olan uaşqlardan 38221 nəfəri xəstənib ki, bunun 37539 nəfəri dövlət bağçalarında, 682 nəfəri isə özəl bağçalarda olanlardır.

Uşaqlar daha çox qrip, yuxarı tənəffüs yollarının kəskin infeksiyası, angina, sətəlcəm, bakterial dizneteriya, skarlatina və digər xəstəliklərə yoluxub. Eyni zamanda keçən il uşaqlar bədbəst haidəsələr, zəhərlənmə və zədələnmələrin də qurbanı olub.

Statistika Komitəsindən özəl bağçalarda adam başına göstərilən xidmətə görə ödənilən orta aylıq məbləğdə açıqlanıb. Belə ki, bu ilin 9 ayının məlumatlarına əsasən ödənişli məktəbəqədər təhsil müəssisələrində adambaşına aylıq xidmət 180, 68 manat olub.