adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Oktyabr 2016 09:08
10915
LAYİHƏ
A- A+

Arzum, diləyim Cəlilabad

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

Bu cənub bölgəmizdə təkcə ölkə əhəmiyyətli magistrallar deyil, həm də kəndarası yolların da çəkilişinə, təmirinə xüsusi diqqət yetirilir. Həmsöhbət olduğumuz Cəlilalad sakinlərinin dediyi kimi, bu gün rayonda unudulan, yaddan çıxan heç bir sahə qalmayıb. Rayon icra hakimiyyətinin başçısı demək olar ki, sakinlərlə ərazilərdə görüşlərində qabardılan bütün problemləri diqqət mərkəzində saxlayır. Ona görə də bu gün Cəlilabadın kənd yolları da abadlaşır, yenilənir. Bu söylədiyimiz fikirləri Cəlilabad-Yardımlı avtomobil yolunun 37 kilometrinə - Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əliqasımlı kəndlərini bir-biri ilə birləşdirən 11 km yola, eləcə də Cəlilabad-Astanlı-Cəngan-Soltankənd yaşayış massivlərini birləşdirən 8,2 km-lik kəndlərarası yol da bütünlüklə asfaltlaşdırılmışdı. Bax, görünən işlərin kiçik bir qismi olan kənd yolları ilə bağlı konkret faktlar göstərir ki, həqiqətən Cəlilabadda yol tikintisinə xüsusi diqqət və qayğı ayrılmışdı.
Bununla yanaşı bu gün Cəlilabadda şəhər mərkəzi küçələrinin, kanalizasiya su xətlərinin çəkilməsi, yenilənməsi və eləcə də yeni salının massivlərə əlavə xətlərin çəkilməsi istiqamətində də böyük işlər görülür. Dediklərimizin sübutu kimi xatırlatmaq yerinə düşər ki, həm respublika hökumətinin, həm də dünya bankının ayırdığı maliyyə vəsaiti hesabına ölkənin aparıcı şirkətlərindən biri olan "AKKORD" tərəfindən cənub şəhəri olan Cəlilabadda 70,9 km uzunluğunda kanalizasiya, 71,3 km uzunluğunda içməli su xətti çəkilmişdir. Bununla paralel olaraq həm də həmin şirkət tərəfindən yanğın zamanı istifadə etmək üçün 336 ədəd hidrant quraşdırılmış, kanalizasiya və su xətlərinin bağlantıları, lükları və digər gərəkli təminat işləri uğurla başa çatdırılmışdı.
Bəli, Cəlilabadda tikinti-quruculuq sahəsində görülən işlər arasında elektrik, rabitə, qaz məsələləri də diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, bu gün rayonda fasiləsiz enerji təminatı hər kəsi razı salır. Əgər ötən illərlə müqayisə etsək, onda məlum olar ki, Cəlilabad rabitəçiləri rayon poçtamantının xətti ilə gəlir proqnozunu 100 faizdən artıq yerinə yetirmişdir. Sakinlərə 227,6 min manatlıq pulu xidmət göstərilmişdi. Bütün bunların reallaşmasında təbii ki, müasirləşməni, yəni elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə etmənin xüsusi yeri var. Dediyimizi sübut üçün bir faktı diqqətə təqdim edirik. Belə ki, ötən il Cəlilabadda əhaliyə bank xidmətinin keyfiyyət və sürətini artırmaq üçün 14 poçt şöbəsində yeni kompüterlər quraşdırılmış və istifadəyə verilmişdi. O ki, qaldı abunəçilərə, onların da istək və arzuları nəzərə alınaraq geniş zolaqlı internet xətlərinin istifadəyə verilməsi reallaşmışdı. Nəticədə Cəlilabad şəhərinin özündə və Şiştəpə kəndində 128 port, Satırlı, Göytəpə, Uzuntəpə, Qarazəncir, Alar, Ləki, Hamarqışlaq, Ağdaş, Əliqasımlı Astanlı, Gəlayır, Komanlı, Xanagah kəndlərində üst-üstə 300-ə yaxın portallar istifadəyə verilmişdi. Bu da rayon sakinlərinin, xüsusilə gənclərin internetdən istifadəsini demək olar ki, bütünlüklə təmin etmişdi. Üstəlik, rayonun mərkəzində və kəndlərində kifayət qədər köhnə xətlərin və dirəklərin dəyişdirilməsi işi aparılmış və bu yeniləşmə də təbii ki, rabitə işinə müsbət təsir etmişdi.
Cəlilabad rayonunda poçt-rabitə xidməti ilə yanaşı, öncədən xatırlatdığımız kimi, elektrik enerjisi ilə təmiant məsələsi də rayon icra başçısının və onun aparatının diqqət mərkəzində olmuşdu. Fəaliyyət göstərən xüsusi qərargahın nəzarət etdiyi rabitə, enerji, qaz, su və digər sahələr içərisində həmişə adamları narahat edən təbii ki, elektrik enerjisi ilə təminatdı. Ona görə də rayon rəhbərliyi bu sahəni demək olar ki, bir an da olsa nəzərdən qaçırmır. Faktlar göstərir ki, ötən hesabat ilində Cəlilabadda 11,5 km-lik hava xətti əsaslı surətdə təmir olunmuş, 160/KV transformator yarımstansiyası qurulub istifadəyə verilmiş, üstəlik rayonun kəndlərində də xətlərin dəyişdirilməsi və yenilərinin çəkilməsi istiqamətində də xeyli iş görülmüşdü. Faktiki olaraq rayonun bütün kəndlərində həm transformatolarların, həm SMAR tipli sayğacların, həm kabelləşmə işinin sürət və keyfiyyəti nəzərdə tutulandan artıq olmuşdu. Bu da öz növbəsində əhaliyə göstərilən xidmətin bir bariz nümunəsidi.
Ölkəmizin digər bölgələri kimi Cəlilabadda da mavi yanacaq məsələsi uğurla çözülür. Yəni bu gün Cəlilabadda mavi qazla təminat məsələsində kifayət qədər irəliləyişin əldə olunması danılmazdı. Planlı şəkildə aparılan qaz çəkilişi, xüsusilə Cəlilabadın kəndlərində aparılan qazlaşdırılma öz tempinə görə qarşıya qoyulmuş müddətdə problemin çözüləcəyinə ümid verir. Bu məsələnin də rəqəmlərlə ifadəsi göstərir ki, Cəlilabad-Uzuntəpə yolunun üstündəki yeraltı qaz kəmərinin istismara yararsız hissəsi bütünlüklə etilen borularla əvəz edilmiş, şəhərin özündə, həmçinin Göytəpədə yeni küçə xətləri istifadəyə verilmişdi. Fərizli, Abdullu kəndləri bütünlüklə qazlaşdırılmış, digər kəndlərdə də bu iş sürətlə davam etdirilir.
Cəlilabadda əhalinin sosial problemləri içərisində su ilə təminat məsələsi də uğurla icra edilir. İstər şəhərin abadlaşdırılması, yolların və rabitə xətlərinin yenilənməsi, yaşıllıqların salınması, həmçinin köhnə, yararsız binaların bərpası və yaxud da onun əvəzinə daha müasirinin tikilməsi istiqamətində görülən işlərin ümumi mənzərəsi ondan xəbər verir ki, kənd təsərrüfatı olan Cəlilabadda mədəniyyətə, təhsilə, səhiyyəyə, eləcə də kənd təsərrüfatının inkişafına dair rayon rəhbərliyinin xüsusi proqramı var. Həmin proqramla tanışlıq bizə bu rayonu daha yaxından tanımaq imkanı verdi.
(Ardı var)
Əbülfət MƏDƏTOĞLU