adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Oktyabr 2016 22:15
4529
GÜNDƏM
A- A+

İntihar etmək üçün qülləyə çıxdı

İntihar məqsədilə qülləyə çıxan Səbail sakini xilas edilib.


Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda bir nəfərin intihar etmək məqsədi ilə qülləyə çıxması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:27-də başa çatıb.