adalet.az header logo
  • Bakı 13°C
21 Oktyabr 2016 20:00
4647
GÜNDƏM
A- A+

Pakistan Prezidenti İlham Əliyevi təbrik edib

Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Pakistan ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələri qarşılıqlı hörmət, mədəni dəyərlərin ümumiliyi, həmçinin regional və beynəlxalq məsələlər üzrə mövqelərimizin oxşarlığı əsasında qurulub. Ölkələrimiz həmişə sınaq anlarında və çətin zamanlarda bir-birinə dəstək olublar. Əminəm ki, ölkələrimiz arasında mövcud münasibətlər gələcək illərdə daha da güclənəcək.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqına tərəqqi arzulayıram.

Zati-aliləri, mənim dərin ehtiramımı və xoş arzularımı qəbul edin".